DÜNYA
Yaponiyaya məxsus zond 3,2 milyard kilometr məsafə qət edərək hədəfə çatıb
Bakı, 27 iyun, AZƏRTAC
Yaponiyaya məxsus “Hayabusa-2” zondu kosmosda 3 illik səyahətdən sonra hədəfinə - Ryuqu asteroidinin 20 kilometrliyinə çatıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın JAXA aerokosmik agentliyinin məlumatına əsasən, zond bu müddət ərzində 3,2 milyard kilometr məsafə qət edib.
Kosmik zond 2014-cü ildə fəzaya buraxılaraq Yerdən 2,8 milyard kilometr məsafədə yerləşən asteroidə doğru yola düşüb. O, diametri 900 metr olan Ryuqu asteroidinin yaxınlığında yarım il qalaraq üç dəfə torpaq nümunəsi götürməyə çalışacaq və sonra Yerə qayıdacaq. Onun ilk cəhdi payız aylarına planlaşdırılıb.
Qeyd edək ki, “Hayabusa-2” zondunun sələfi “Hayabusa” 2010-cu ildə İtokava asteroidində analoji tapşırıq yerinə yetirib. Ryuqunun orbiti Yerlə Marsın orbitləri yaxınlığından keçdiyi üçün alimlər burada su və orqanik maddələrin aşkarlanacağına ümid edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]