REGİONLAR
Yardımlının tütün sahələrindən 560 sentnerdən çox məhsul yığılıb
Yardımlı, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Tütünçülük Yardımlı rayonunda ənənəvi təsərrüfat sahələrindən biridir. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə yenidən dirçəlməyə başlayıb.
Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu il rayonda tütünçülüklə məşğul olan fermerlər və təsərrüfat sahibləri tərəfindən 31,5 hektar sahədə tütün əkini aparılıb.
Son məlumatlara əsasən, rayonda fəaliyyət göstərən tütün qurutma sexində 560 sentnerdən çox yaş tütün məhsulu qəbul edilib və 78,3 sentner quru tütün məhsulu əldə edilib.
Hazırda rayonda tütün yığımı davam edir.