İQTİSADİYYAT
Yasamal rayonu ərazisindəki Əhməd Cəmil küçəsi təmir olunur
Bakı, 14 iyul, AZƏRTAC
“Azəryolservis” ASC Yasamal rayonu ərazisində yolun hərəkət hissəsi sıradan çıxan Əhməd Cəmil küçəsində də təmir–tikinti işlərinə başlayıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir, köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 14500 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Bundan başqa, Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2500 poqonmetr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq.
Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]