Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

NATO-nun Baş katibinin AZƏRTAC-a müsahibəsi

Bakı, 18 mart, AZƏRTAC

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq sənədini imzalamasının və NATO ilə məzmunlu tərəfdaşlığının əsasının qoyulmasının bu il 30 ili tamam olur. Ümumilikdə bu müddətdə tərəflər arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?

- Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır. Bunun bir çox səbəbləri var. Biz bu il əməkdaşlığımızın 30 illiyini qeyd edirik. Bu illər ərzində Azərbaycan NATO-nun bir sıra missiya və əməliyyatlarında iştirak edib. Uzun illər Azərbaycan da NATO-nun Kosovo və Əfqanıstandakı missiyalarına töhfə verib. Mən Əfqanıstanda olarkən azərbaycanlı əsgərlərlə görüşmüşəm və onların peşəkarlığının və fədakarlığının şahidi olmuşam. Azərbaycan hərbçiləri xüsusilə Əfqanıstandakı missiyanın sonlarına yaxın səfirliyi və hava limanını qorumaqda böyük rol oynayıb və yüz minlərlə insanın Kabil hava limanından təxliyəsində bizə kömək göstərib. Beləliklə, ərazini ABŞ və bir sıra digərləri ilə birlikdə tərk edən son hərbçilər azərbaycanlılar olublar. Biz, həmçinin bir sıra digər sahələrdə praktiki əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində Azərbaycanın oynadığı rolu alqışlayırıq. NATO uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlıq edib və hazırda biz əməkdaşlığımızı daha da inkişaf etdirməyin yolları üzərində işləyirik.

- Son 30 ildə Azərbaycan NATO ilə regional təhlükəsizlik, müxtəlif əməliyyatlar, sülhyaratma tədbirləri və digər sahələrdə sıx əməkdaşlıq edib. Bütün bunları ümumiləşdirsək, Azərbaycanın NATO üçün önəmi nədən ibarətdir?

- Azərbaycanla NATO arasında praktiki tərəfdaşlıq və siyasi dialoq mövcuddur. Azərbaycan həm də NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkədir. Xüsusilə Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edən Rusiya NATO müttəfiqlərini çəkindirmək üçün təbii qazdan alət kimi istifadə etməyə başladıqdan sonra bu, daha çox vacibdir. Azərbaycan tərəfdən artan qaz tədarükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb. Bu proses çoxsürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı alındı. Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacibdir. Mən, həmçinin təkcə təbii qaz deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı sahəsində atılan addımları yüksək qiymətləndirirəm. Azərbaycan tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə ölkənizin Avropa üçün enerji təminatçısı kimi rolunu artıracaq.

Bu, həmçinin Azərbaycanın külək və günəş enerjisi vasitəsilə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində göstərdiyi səylərin tərkib hissəsidir. Bununla Azərbaycan böyük enerji keçidi edə bilər. İqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyirsinizsə, bu, baş verməlidir. Bu kontekstdə COP29-un Azərbaycanda keçirilməsi çox vacibdir. Azərbaycan bu ilin noyabrında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı qərar vermək üçün platforma rolunu oynayacaq. Böyük enerji keçidini təmin etmək üçün böyük investisiyalar çox vacibdir.

- Qeyd etdiyiniz kimi, Azərbaycanın NATO əməliyyatlarına dəstəyi əməkdaşlığın mühüm sahələrindən birini təşkil edib. Azərbaycan hərbçiləri Kosovo əməliyyatlarında və Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində fəal iştirak edib, o cümlədən siyasi, hərbi, logistik, hava və yer tranziti ilə bağlı dəstək verib. Azərbaycanın bu sahədə dəstəyi barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir. Onlar uzun illər Əfqanıstanda hava limanının müdafiəsində böyük rol oynayıblar. Azərbaycan hərbçiləri uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Lakin onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oynayıblar. Hava limanında, həmçinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstərilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Türkiyə hərbçiləri ilə yanaşı hava limanının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacibdir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təxliyəsini təşkil edirdi. O yaralanmışdı. Onun həyatını azərbaycanlı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar. Biz onların bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarıq.

- Regionda formalaşmış yeni reallıqlar fonunda NATO ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün gündəlikdə duran məsələlər və fəaliyyət planı nədən ibarətdir?

- Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsi bizim üçün çox vacibdir. Mən Prezident İlham Əliyevin görüşümüz, mətbuata bəyanat və şam yeməyi zamanı verdiyi mesajları alqışlayıram. Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, biz indi sülh müqaviləsinə hər zamankından daha yaxınıq. Bir sıra həll olunmalı məsələlər hələ də qalır, lakin mən əminəm ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını imzalamaq üçün yaranmış bu imkanı görür. Regionda sülh və sabitliyin əldə olunması bölgə əhalisi üçün çox vacibdir. Bu, həmçinin investisiyanın cəlbi və rifah üçün şəraitin yaradılması baxımından çox əhəmiyyətlidir. Çünki biz bilirik ki, sülh və sabitlik iqtisadi inkişaf və dirçəliş üçün əsas şərtdir. Regionda sülh və təhlükəsizlik beynəlxalq sülh və təhlükəsizlik baxımından da vacib rola malikdir. Ona görə də davamlı sülhün əldə olunması həm də NATO müttəfiqlərinin marağındadır. Buna görə də mən qəti şəkildə inanıram ki, davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün bütün işlər görüləcək.

- Bu il NATO üçün yeni üzvün qəbulu baxımından fəal başlayıb. Ümumilikdə NATO-nun növbəti illər üçün prioritet hədəfləri nədir? Bu hədəflərin icrasında Qafqaz regionunun rolu nədən ibarətdir?

- Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox vacibdir. NATO və Avropa İttifaqı Qafqaz ölkələri ilə əlaqələrin daha da inkişafında maraqlıdır. Təbii ki, Gürcüstan bu baxımdan fərqli mövqedədir. Belə ki, bu ölkə NATO üzvlüyünə müraciət edib. NATO bunun baş verəcəyini dəfələrlə bəyan edib.

Bununla yanaşı, Qafqaz Rusiyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil. Bu da həm Avropa, həm də Qafqaz üçün vacibdir. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn pozulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdlərini azaldacaq. Ona görə də NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Mən, həmçinin Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm. Lakin düşünürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir.

- Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində müəyyən layihələr həyata keçirilib. Bu fəaliyyətlər əsasən nədən ibarətdir və hazırda bu istiqamətdə hansısa yeni addımlar nəzərdə tutulubmu?

- NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq. Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir. Biz, həmçinin hərbi təhsil məsələlərinə də önəm veririk. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək. Biz, eyni zamanda, əməkdaşlığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq.

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan