REGİONLAR
Zaqatala məktəbliləri rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər
![](/files/galleryphoto/2022/2/1200x630/16549447023144039281_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654944702158122105_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549447023187020331_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549447025591347437_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549447024872249472_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549447024240854896_1200x630.jpg)
Zaqatala, 11 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Ulu Öndərin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə Zaqatala məktəbliləri mütəmadi olaraq rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər. Ekskursiyalar zamanı məktəblilərə Heydər Əliyevin zəngin və mənalı ömür yolu barədə ətraflı məlumat verilir, Ümummilli Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətləri bir daha xatırlanır.
Zaqatala rayon Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzlə tanışlıq rayonun Car kənd 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin də ürəyincə olub. Məktəblilər əvvəlcə Mərkəzin ekspozisiya zalı ilə, Ulu Öndərə aid sənədlər, fotoşəkillər və kitablarla tanış olublar. Mərkəzin əməkdaşları məktəblilərə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə geniş məlumat veriblər. Sonra məktəblilər arasında Ulu Öndərə həsr olunan viktorina keçirilib. Viktorinanın qalibinə Mərkəz tərəfindən kitab hədiyyə olunub.