CƏMİYYƏT
Zəfər Qurultayında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videohesabat təqdim olunub VİDEO

Bakı, 25 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Aprelin 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Qurultayda Komitənin fəaliyyətinə dair videohesabat təqdim olunub.
Qeyd edək ki, Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.