MƏDƏNİYYƏT
Zərdabın üç kəndində ikiqat bayram sevinci yaşanmışdır
Zərdab, 10 may (AZƏRTAC). Zərdabda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü kütləvi tədbirlərlə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, mayın 10-da rayonun Şəftəhal, Çallı və Qoruqbağı kəndlərində ikiqat bayram sevinci yaşanmışdır. Şəftəhalda tibb məntəqəsinin, Çallıda doğum evinin, Qoruqbağı kəndində isə yeni uşaq bağçasının açılış mərasimləri keçirilmişdir.
Mərasimlərdə kənd sakinləri, rayon rəhbərləri, obyektləri inşa edən təşkilatların nümayəndələri, ziyalılar iştirak etmişlər.
Çıxış edənlər Azərbaycanın bugünkü uğurlarında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışlar. Bildirilmişdir ki, memarı və qurucusu olduğu müstəqil Azərbaycanın inkişaf strategiyasını işləyib hazırlayan ulu öndər hər bir həmvətənimizin qəlbində özünə əbədi abidə ucaltmışdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan böyük ugurlardan söhbət açılmış, bu inkişafın hər bir ucqar kənddə belə davam etdiyi vurğulanmışdır.
Mərasimlərdə çıxış edən kənd ağsaqqalları, ziyalılar ümummilli liderin doğum günündə onlara ikiqat sevinc bəxş edildiyinə görə Prezident İlam Əliyevə minnətdarlıqlarını bildirmişlər.