Z.T.Əmiraslanova “Əməkdar artist” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda incəsənətin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyət göstərdiyinə görə leytenant Zaur Tariyel oğlu Əmiraslanova “Əməkdar artist” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2012-ci il.