“İTERA” ŞİRKƏTİ NOYABRDA AZƏRBAYCANA 342,8 MİLYON KUBMETR TƏBİİ QAZ VERMİŞDİR

09.12.2003 [10:46]
Rusiyanın “İtera” şirkəti noyabrda Azərbaycana 342,8 milyon kubmetr təbii qaz vermişdir.
“Azəriqaz” Səhmdar Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki,”İtera” ilə Dövlət Neft Şirkəti arasında bağlanmış müqaviləyə əsasən, cari ilin sonuna ...

“AZPETROL” ACARISTANLA ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRİR

09.12.2003 [10:33]
AzərTAc-ın müxbiri Batumidən xəbər verir ki, “Azpetrol” neft şirkətinin direktoru Rafiq Əliyev başda olmaqla nümayəndə heyəti buraya gələrək, Acarıstanın başçısı Aslan Abaşidze, habelə yerli biznesmenlərlə danışıqlar aparmışdır. Danışıqlarda tərəflər ...

GƏLƏN İL DÖVLƏT NEFT FONDUNUN GƏLİRİ 900 MİLYARD MANATA ÇATACAQDIR

09.12.2003 [10:25]
Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirinin 900 milyard manat səviyyəsində olacağı və onun xərclərinin 889 milyard manata çatacağı proqnozlaşdırılır.
Fondun icraçı direktoru Samir Şərifov AzərTAc-ın müxbiri ilə ...

AVİABİLETLƏRİN SATIŞI TƏŞKİL OLUNMUŞDUR

09.12.2003 [10:24]
Hacıqabul poçtamtı əhalinin arzusuna uyğun olaraq, müxtəlif reyslərə aviabiletlərin satışını təşkil etmişdir.
Poçtamtdan AzərTAc-ın müxbirinə bildirmişlər ki, vətəndaşlar onlara birbaşa yaşayış yerində aviabiletlər almaq imkanı yaradılmasından razı qalmışlar.
...

YENİ QAZ QUYUSU İSTİSMARA VERİLMİŞDİR

09.12.2003 [10:16]
Neftçalada 1200 metr dərinliyə qazılmış yeni qaz quyusu istismara verilmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, bununla da rayonun infrastruktur xəritəsinə bu yaxınlarda əlavə olunmuş 26,7 kilometrlik xətlə istehlakçılara ötürülən ...

ENERGETİKLƏR REKORD GÖSTƏRİCİLƏR ƏLDƏ EDİRLƏR

09.12.2003 [10:15]
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu ilin sonunadək Azərbaycanda rekord miqdarda – 22 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır.
Energetika üzrə nüfuzlu beynəlxalq ekspertlərin fikrincə, respublikamız Qafqazda ...

SUMQAYIT İLƏ ÇUNTSİN ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA NİYYƏT PROTOKOLU İMZALANMIŞDIR

08.12.2003 [20:24]
Sumqayıt ilə Çinin Çuntsin şəhəri arasında 2004-cü il üçün əməkdaşlıq haqqında niyyət prokolu imzalanmışdır.
İqtisadi İnkişaf Nazirliyinin dəvəti ilə Azərbaycana gəlmiş Çinin Çuntsin və Szyantszin şəhərlərinin nümayəndə heyəti ...

BÖLGƏLƏRİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA YENİ MƏRHƏLƏ BAŞLANIR

08.12.2003 [20:19]
Bu fikir “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Şamaxıda keçirilmiş müşavirənin də əsas ...

“FİNKA-AZƏRBAYCAN” KREDİT TƏKLİF EDİR

08.12.2003 [17:09]
Kiçik bizneslə məşğul olanlar maliyyə problemləri ilə üzləşməyəcəklər. “Finka-Azərbaycan” beynəlxalq təşkilatı onlara kiçik biznes fəaliyyətini genişləndirmək üçün maliyyə dəstəyi göstərməyə başlamışdır.
Təşkilatın Ağdaşda açılmış ofisində AzərTAc-ın müxbirinə demişlər ...

TRAMVAY VƏ TROLLEYBUS PARKLARI LƏĞV OLUNMAYIB

08.12.2003 [16:41]
Tramvay və trolleybus parklarının bütün işçiləri Bakı Şəhər İcra Hakimiyyətinin nəqliyyat departamentində müvafiq işlə təmin olunmuşlar.
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov AzərTAc-ın müxbirinə demişdir ki, şəhərin tramvay və trolleybus ...

GƏLƏN İL “ŞİMAL MARŞRUTU” İLƏ AZƏRBAYCAN NEFTİNİN İXRACI 2,5 MİLYON TON OLACAQ

08.12.2003 [16:40]
AzərTAc-ın ARDNŞ-dən aldığı xəbərə görə, noyabrda Bakı-Novorossiysk boru kəməri ilə 213,357 min ton neft ixrac edilmişdir. Ümumiyyətlə isə, ilin əvvəlindən bəri “şimal marşrutu” ilə 2,337 milyon ton neft ixrac ...

MÜHASİBAT UÇOTU BEYNƏLXALQ STANDARTLAR ÜZRƏ APARILACAQDIR

08.12.2003 [16:39]
AzərTAc-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov jurnalistlərlə görüşündə bildirmişdir ki, ADNF gələn ilin ikinci rübündən mühasibat uçotunun beynəlxalq standartlar üzrə aparılmasına keçəcəkdir.
...

DƏRNƏGÜL ŞOSESİ DƏ BEYNƏLXALQ STANDARTLARA UYĞUN QURULUR

08.12.2003 [13:36]
Dərnəgül şosesində bütün işlər beynəlxalq standartlara uyğun aparılır.
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov AzərTAc-ın müxbirinə demişdir ki, bu şosedən ayrılan küçələrdə və avtomobil yollarında da abadlıq işləri görüləcəkdir. Artıq ...

YENİ İNŞA OLUNAN BÜTÜN ÇOXMƏRTƏBƏLİ BİNALARIN ALTINDA AVTOMOBİL DAYANACAQLARI YARADILIR

08.12.2003 [13:33]
Bakı şəhərində yeni inşa olunan bütün çoxmərtəbəli binaların altında mənzillərin sayından ən azı iki dəfə çox avtomobilin saxlanılması üçün dayanacaqlar yaradılır.
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Adutalıbov AzərTAc-ın müxbirinə ...

QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YAŞAYIŞ EVİ İNŞA EDİLİR

08.12.2003 [13:31]
AzərTAc-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad şəhərinin Mehdi Hüseyn küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən 16 mənzilli ikimərtəbəli yaşayış binasında uzun fasilədən sonra yenidən inşaat işləri ...

ALMANİYA İLƏ AZƏRBAYCAN ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞA DAİR MƏSLƏHƏTLƏŞMƏLƏR UĞURLA BAŞA ÇATMIŞDIR

08.12.2003 [12:25]
Almaniya Federativ Respublikası hökumətinin nümayəndə heyəti ikitərəfli iqtisadi əməkdaşlıqdakı gələcək addımlar haqqında məsləhətləşmələr aparmaq üçün bu günlərdə Azərbaycanda işgüzar səfərdə olmuşdur. AFR-in ölkəmizdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, hər iki ...

SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

08.12.2003 [11:24]
Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi Cəlilabad rayonunda “Dövlət satınalmalarının planlaşdırılması və təşkili, müsabiqələrin keçirilməsi, təkliflərin qiymətləndirilməsi və müqayisəsi” mövzusunda seminar-müşavirə keçirmişdir.
Tədbirdə Agentliyin mütəxəssisləri, Cəlilabad, Yardımlı və Masallı ...

AZERCELL DAHA BİR ROUMİNQ SAZİŞİ BAĞLAMIŞDIR

08.12.2003 [11:24]
Azercell Telekom birgə müəssisəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, abonentlərin imkanlarını genişləndirmək və onlara dünyanın ən uzaq guşələrində də mobil rabitə xidməti göstərmək istiqamətində növbəti addım atılmış, Kambocanın SAMART ...

MİNGƏÇEVİRİN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMI HAZIRLANACAQDIR

08.12.2003 [11:23]
AzərTAc-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhər icra hakimiyyətində “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident Fərmanından irəli gələn vəzifələrə həsr olunmuş toplantıda şəhərin sosial-iqtisadi vəziyyəti geniş ...