“Baku United” klubu UEFA futzal kuboku turnirində Avropanın güclü klublarını məğlub edib

30.08.2014 [13:45]
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsisçisi olduğu, İngiltərə çempionu “Baku United” klubu UEFA futzal kubokunun ilkin mərhələsində uğurlu çıxışını davam etdirir. “Baku United” turnirin ilkin mərhələsində “B” qrupunda Bosniya və Herseqovinanın ...

Azərbaycan millisinin Moldovada təlim-məşq toplanışı keçiriləcək

30.08.2014 [12:23]
Avqustun 31-dən sentyabrın 7-dək Moldovada futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. AFFA-dan AzərTAc-a bildiriblər ki, toplanışa Günay İsmayılova (“Fidan”), Nərmin Rəhmanova ...

“Xəzər-Lənkəran” futbol komandası ölkə çempionatında ilk qələbəsini qazanıb

30.08.2014 [12:19]
Futbol üzrə Topaz Premyer Liqasının 4-cü turunun açılış oyununda “Xəzər-Lənkəran” doğma meydanda “İnter”i qəbul edib. AzərTAc xəbər verir ki, ilk 3 turda qələbə sevinci yaşamayan cənub bölgəsinin komandası oyunun ilk dəqiqələrində Elnur Abdullayevin vurduğu yeganə qolla 3 xalı hesabına yazıb - 1:0. ...

Yeniyetmələrin II Yay Olimpiya Oyunları Azərbaycanda idmanın kütləviliyini nümayiş etdirdi

30.08.2014 [12:10]
Azərbaycan idmançılarının Çinin Nancinq şəhərində keçirilmiş yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qazandıqları möhtəşəm uğurlar ölkəmizdə idmanın kütləviliyini bir daha nümayiş etdirdi. Azərbaycan 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə və medal qazanan 86 ölkə arasında 10-cu yeri tutub. Azərbaycan Avropa ölkələri arasında 6-cı, MDB-də 3-cü, müsəlman ...

Hollandiyada akademik avarçəkmə üzrə dünya çempionatı davam edir

30.08.2014 [11:09]
Hollandiyanın paytaxtı Amsterdamda akademik avarçəkmə üzrə dünya çempionatının yarımfinalçıları müəyyənləşib. AzərTAc xəbər verir ki, mükafatlar uğrunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da vardır. Dörddəbir finalda 24 yaşlı avarçəkən 1 nəfərlik qayıqla (M1x) iki min metr məsafəni 7 dəqiqə ...

Alessandro del Pyero karyerasını Hindistan çempionatında davam etdirəcək

30.08.2014 [10:39]
İtaliya futbolunun canlı əfsanəsi Alessandro del Pyeronun yeni komandası müəyyənləşib. AzərTAc xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını Hindistan çempionatında davam etdirəcək. ...

Latviya – Azərbaycan oyununda qalib müəyyənləşməyib

30.08.2014 [10:33]
Latviyada təlim-məşq toplanışında olan futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. AFFA-dan AzərTAc-a bildiriblər ki, Latviyanın U-19 yığmasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə ...

Qafqaz motofestivalının açılış mərasimi maraqlı tədbirlərlə yadda qalıb VİDEO

30.08.2014 [03:02]
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü münasibətilə Şəkidə başlanan Qafqaz motofestivalı bir-birindən maraqlı tədbirlərlə iştirakçılara xoş anlar yaşadıb. AzərTAc xəbər verir ki, tədbirin proqramına uyğun olaraq avqustun 29-da axşam şəhər ...

Ağdamın “Qarabağ” komandasının rəqibləri haqqında nə bilirik?

30.08.2014 [00:44]
Xəbər verdiyimiz ki, Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşmadan qalib ayrılaraq qrup mərhələsinə adlayıb. Qrup mərhələsində “Qarabağ” komandası İtaliyanın “İnter” (Milan), Ukraynanın “Dnipro ...

Qurban Qurbanov: Avropa Liqasındakı oyunlar bizim üçün yaxşı təcrübə olacaq

29.08.2014 [21:34]
Ağdamın “Qarabağ” komandası Avropa Liqası yarışlarının qrup mərhələsində İtaliyanın “İnter” (Milan), Fransanın “Saint-Etienne” və Ukraynanın “Dnipro Dnipropetrovsk” kollektivləri ilə qarşılaşacaq. AzərTAc xəbər verir ki, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov ...

Futbol üzrə Azərbaycan birinci divizionunun 2014/2015-ci il mövsümünün püşkü atılıb

29.08.2014 [21:09]
Avqustun 29-da AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan birinci divizionunun 2014/2015-ci il mövsümünün püşkü atılıb ...

Çimərlik futbolu üzrə “Avropa Kuboku – Bakı-2014” turniri davam edir

29.08.2014 [21:07]
“Jumeirah Bilgah Beach”də çimərlik futbolu üzrə “Avropa Kuboku – Bakı-2014” turniri davam edir. ...

“Qarabağ” komandasının UEFA Avropa Liqasındakı oyunlarının təqvimi məlum olub

29.08.2014 [21:05]
Ağdamın “Qarabağ” komandasının 2014-2015-ci il mövsümü üçün UEFA Avropa Liqasının “F” qrupunda keçirəcəyi görüşlərin təqvimi məlum olub. ...

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız Beynəlxalq Ardeşen Offroad yarışlarında iştirak edəcək

29.08.2014 [20:01]
Azərbaycan pilotları avqustun 30- 31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək üçüncü Beynəlxalq Ardeşen Offroad yarışlarında iştirak edəcəklər. Azərbaycan Avtomobil Federasiyasından AzərTAc-a bildiriblər ki, bu yarışda federasiyanın ...

Paralimpiyaçı cüdoçularımız ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edəcəklər

29.08.2014 [19:10]
ABŞ-ın Kolorado Sprinqs şəhərində paralimpiyaçı cüdoçular arasında dünya çempionatı keçiriləcək. AzərTAc xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə milli komandası mundialda iştirak etmək üçün avqustun 31-də ABŞ-a yola düşəcək ...

Platini FİFA-nın prezidenti kürsüsü uğrunda mübarizə aparmayacaq

29.08.2014 [19:07]
BBC xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezident vəzifəsinə seçkilərdə namizədliyini irəli sürmək niyyətində deyil. FİFA-nın prezidenti seçkiləri 2015-ci ilin mayında Sürixdə keçiriləcək ...

Sambo idman növü “Bakı 2015” Avropa Oyunlarının proqramına daxil edilib

29.08.2014 [17:31]
Sambo idman növü birinci Avropa Oyunlarının proqramına daxil edilib. Bu barədə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən AzərTAc-a məlumat verilib. Məlumatda bildirilir cüdo, cui-citsu və güləşin, o cümlədən yerli döyüş növlərinin qarışığı olan sambo Azərbaycanda çox populyardır və bütövlükdə Qafqaz regionunda qədim tarixə ...

“Qarabağ” Avroliqada “İnter” ilə bir qrupda mübarizə aparacaq VİDEO

29.08.2014 [17:06]
Avqustun 29-da Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA Avropa Liqasının qrup mərhələsində 48 klub mübarizə aparacaq və komandalar püşkatmada hər birində 12 klub olmaqla dörd səbətə bölünüb. ...

Rusiya yığması Azərbaycana gələcək son heyəti müəyyənləşdirib

29.08.2014 [16:31]
Futbol üzrə Rusiya yığmasının Azərbaycan yığması ilə yoldaşlıq matçında və AVRO-2016-nın seçmə mərhələsində Lixtenşteyn komandasına qarşı oyunda çıxış edəcək heyəti qəti müəyyən edilib. AzərTAc Rusiya Futbol İttifaqının saytına istinadən xəbər verir ki, rusiyalıların baş məşqçisi ...