İDMAN
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındakı rəqibi məlum olacaq
Bakı, 16 avqust, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındakı rəqibi avqustun 16-da müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi play-off mərhələsində “Şerif” (Moldova) - “Valur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun “Şerif”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki klub avqustun 16-da cavab qarşılaşmasında üz-üzə gələcək.
Ağdamlılar bu cütün qalibi ilə ilk oyunu avqustun 23-də keçirəcəklər. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq.
Qeyd edək, “Qarabağ” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarusun) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olub.