Beş ayda ölkədən avtomobil nəqliyyatı ilə 664,4 min ton yük aparılıb

18.06.2021 [15:38]
Yanvar-may aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 664,4 min ton yük ixrac olunub. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 1 milyon 106 min ton təşkil edib ...

“Buta Airways” Alanyaya reyslərin sayını artırır

17.06.2021 [16:14]
Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şənbə günləri həyata keçirilən reyslərdən əlavə, iyulun 4-dən etibarən ...

“Azimuth” aviaşirkəti Mineralnıye Vodı və Krasnodardan Bakıya uçuşlara başlayacaq

17.06.2021 [11:17]
Rusiyanın “Azimuth” aviaşirkəti iyunun 19-dan etibarən Mineralnıye Vodı-Bakı və Krasnodar-Bakı istiqamətində uçuşlara başlayacaq. AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar hər şənbə günləri ...

Ərdəbil-Rəşt yolu Azərbaycanla İranın mərkəzi vilayətləri arasında nəqliyyat əlaqəsi yaradacaq

16.06.2021 [11:49]
Astara(İran)-Astara(Azərbaycan)-Bakı magistral yolunun Ərdəbil-Rəşt avtomobil yoluna birləşməsi istiqamətində işlər davam edir. Bir il ərzində yolları birləşdirəcəyik və yeni marşrutla yük maşınlarının Bakıya tez və təhlükəsiz çatması təmin olunacaq ...

Yanvar-may aylarında nəqliyyat vasitələri ilə 447 milyon sərnişinə xidmət göstərilib

15.06.2021 [17:08]
Yanvar-may aylarında nəqliyyatçılar 447 milyon sərnişinə xidmət göstərib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 99,7 faizi avtomobil nəqliyyatı, 0,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb ...

Xidmət sahəsində işləyənlərin 18,5 faizi nəqliyyat vasitələrinin təmirində çalışıb

15.06.2021 [15:44]
Mayın 1-nə xidmət sahəsində işləyənlərin 18,5 faizi nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin xidmət sahəsində işləyənlərin 4,5 faizi nəqliyyat və anbar təsərrüfatında fəaliyyət göstərib ...

Çimərliklərə gediş-gəlişin təmini üçün bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

15.06.2021 [15:02]
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd çimərlik ...

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

15.06.2021 [14:18]
Yanvar-may aylarında ölkədə 653 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 19 ədəd az minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin ...

Beş ayda dəmir yolu ilə 876,8 min sərnişin daşınıb

15.06.2021 [13:01]
Yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 876,8 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 27 faiz azalma olub ...

Ölkəyə gətirilən məhsulların 17,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

15.06.2021 [08:16]
Yanvar-may aylarında Azərbaycana idxal olunan məhsulların 17,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 67,3 faizini avtomobil, 11,1 faizini hava, 3,7 faizini dəniz nəqliyyatı, 0,2 faizini isə boru kəməri və elektrik ...

Dörd ayda Azərbaycana 44 avtobus gətirilib

15.06.2021 [03:15]
Yanvar-aprel aylarında Azərbaycana 44 ədəd avtobus idxal olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dörd ayda ölkəyə 21 min 948 minik avtomobili və 1820 yük avtomobili gətirilib ...

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 8,4 faizi taksilərin payına düşüb

14.06.2021 [23:11]
Yanvar-may aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 445,6 milyon sərnişin daşınıb və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz azalma qeydə alınıb ...

Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi azalıb

14.06.2021 [20:40]
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə yanvar-may aylarında daşınmış yüklərin həcmi azalıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beş ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2020-ci ilin müvafiq dövrünə nisbətən ...

Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi İdarəsi birgə məlumat yayıblar

14.06.2021 [20:26]
Artıq iki həftəyə yaxındır ki, Bakı şəhəri müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. İyunun 4-6-da Formula 1 üzrə Azərbaycan Qran-Prisi mükəmməl ev sahibliyi ilə reallaşdı. İyunun 12-də ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirildi ...

TRACECA-nın Azərbaycan hissəsində 13,6 milyon ton yük daşınıb

14.06.2021 [20:04]
Cari ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13,6 milyon ton, yük dövriyyəsi isə 3 milyard 225,1 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin ...

Dəniz limanlarında 3,9 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

14.06.2021 [19:56]
Yanvar-may aylarında dəniz limanlarında 3 milyon 922,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3 milyon 779,8 min tonunu və ya 96,4 faizini tranzit yüklər təşkil edib. İyunun 1-nə limanlarda qalan yüklərin həcmi 97,6 min ton olub ...

Hava nəqliyyatı ilə sərnişindaşıma 45,9 faiz azalıb

14.06.2021 [19:24]
Yanvar-may aylarında hava nəqliyyatı ilə 239 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 45,9 faiz az sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,2 faizi dövlət, 0,8 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib ...

Milli Qurtuluş Günü və bazar günü paytaxtda avtobuslar işləyəcək

14.06.2021 [19:06]
15 İyun - Milli Qurtuluş Gününün qeyri-iş günü və iyunun 20-nin bazar günü olmasına baxmayaraq Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər ...

Sabahdan 76 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

14.06.2021 [17:00]
Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”a inteqrasiya qeyri-leqal əmək ...