“Johnson & Johnson” Afrika ölkələrinə 220 milyon vaksin dozası çatdıracaq

29.03.2021 [14:00]
“Johnson & Johnson” əczaçılıq qrupu özünə məxsus olan “Janssen” bölməsinin koronavirus əleyhinə 220 milyon vaksin dozası çatdırılması üzrə Afrika İttifaqı ilə müqavilə imzaladığını bildirib. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Afrika İttifaqının 55 ölkəsinə vaksin çatdırılması ...

Çində əhaliyə vurulan COVID-19 peyvəndinin miqdarı 100 milyon dozanı ötüb

29.03.2021 [13:48]
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə 106 milyon doza peyvənd vurulub. Çin bu göstəriciyə görə ABŞ-dan sonra ikincidir. Çində peyvənd olunanlar əhalinin ümumi sayının 5,76 faizini təşkil edir. AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb ...

Dünyada elektrik enerjisinə qənaətlə bağlı fləşmob keçirilib

29.03.2021 [13:45]
Ötən şənbə günü dünyada keçirilən fləşmob bu dəfə ekoloji məna daşıyıb. AZƏRTAC xəbər verir ki, “Yer saatı” adlı aksiya Mərkəzi Avropa vaxtı ilə saat 20.30-da başlayıb. Aksiyada iştirak etmək arzusunda ...

Çexiyada növbəti dəfə əhalinin siyahıya alınması keçirilir

29.03.2021 [13:20]
Bu günlərdə Çexiyada növbəti dəfə əhalinin siyahıya alınması keçirilir. AZƏRTAC xəbər verir ki, siyahıyaalma Çexiya Statistika İdarəsi tərəfindən aparılır. Koronavirus pandemiyası ilə əlaqədar müəyyən ...

Böyük Britaniyada karantin əleyhinə mitinq keçirilib

29.03.2021 [13:18]
Böyük Britaniyanın Qərbi Yorkşir bölgəsinin Bradford ərazisində karantin əleyhinə mitinq keçirilib. AZƏRTAC xəbər verir ki, təxminən 400 nəfərdən çox nümayişçinin iştirak etdiyi aksiyada polislə iştirakçılar arasında qarşıdurma ...

Türkiyə vətəndaşlarına bu günədək 15 milyon dozaya yaxın COVID-19 peyvəndi tətbiq edilib

29.03.2021 [13:04]
Türkiyə vətəndaşlarına bu günədək 14 milyon 894 min 314 doza COVID-19 peyvəndi tətbiq edilib. AZƏRTAC xəbər verir ki, bu vaksinlərdən 8 milyon 334 min 218-i birinci, 6 milyon 560 min 96-ı isə ikinci doza olaraq əhaliyə ...

Myanmada toqquşmalar nəticəsində ölənlərin sayı 450 nəfəri ötüb

29.03.2021 [12:45]
Fevralın 1-dən bəri Myanmada güc strukturlarının əməkdaşları və etirazçılar arasında baş verən toqquşmalar nəticəsində həlak olanların sayı 459 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyası özünün ...

Çin və Monqolustan səhralarından gələn qum buludu Yaponiyanın cənub-qərb ərazilərində problemlər yaradıb

29.03.2021 [12:43]
Çin və Monqolustan səhralarından gələn nəhəng qum buludu Yaponiyanın cənub-qərb ərazilərində problemlər yaradıb. AZƏRTAC xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi bununla əlaqədar yollarda görmənin pisləşəcəyi barədə xəbərdarlıq ...

Çexiyalı milyarder Alyaskada helikopter qəzasında həlak olub

29.03.2021 [12:26]
PPF beynəlxalq maliyyə-investisiya qrupunun sahibi, Çexiyalı milyarder Petr Kellner şənbə günü Alyaska ştatının Byutt şəhəri yaxınlığında “Eurocopter AS50” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların arasındadır ...

Rusiyada miqrantlarla bağlı məlumatların toplandığı vahid platforma yaradılacaq

29.03.2021 [12:18]
Rusiyada əcnəbi vətəndaşlarla bağlı məlumatların toplandığı vahid platforma yaradılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Yeni platforma miqrantlara elektron dövlət və informasiya xidmətlərindən istifadə etmək imkanı verəcək ...

Türkiyədə COVID-19-a yoluxma hallarının artması səbəbindən bir kənd karantinə alınıb

29.03.2021 [12:04]
Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda COVID-19-a yoluxma hallarının artması səbəbindən bir kənd karantinə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə rayonda keçirilən toplantıda qərar qəbul edilib ...

Banqladeşdə polislə toqquşmalar nəticəsində 11 nəfər həlak olub

29.03.2021 [11:30]
Ötən bazar günü Banqladeşdə polis və təhlükəsizlik qüvvələri ilə etiraz aksiyalarının iştirakçıları arasında toqquşmalar nəticəsində azı 11 nəfər həlak olub, 10 nəfər yaralanıb. AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modinin Banqladeşin ...

ABŞ-da COVID-19-a yoluxmaların sayında artım müşahidə olunur

29.03.2021 [11:24]
Peyvəndlənmənin ölkə əhalisinin əksəriyyəti üçün artıq əlçatan olmasına baxmayaraq, ABŞ-da COVID-19-a yeni yoluxma hallarının çoxalması və bununla bağlı xəstəxanaya yerləşdirilənlərin sayının artması müşahidə olunur ...

Bu gün Qırğızıstanda kütləvi vaksinasiyaya başlanılıb

29.03.2021 [11:02]
Bu gün Qırğızıstanda COVID-19 virusu ilə bağlı kütləvi vaksinasiyaya başlanılıb, peyvəndləmə zamanı Çinin “SinoPharm” vaksinindən istifadə olunur. AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, peyvəndləmə könüllülük əsasında həyata keçirilir ...

Süveyş kanalında tıxac yaradan gəmini saydan çıxarıblar

29.03.2021 [10:55]
Süveyş kanalının bir həftəyə yaxın müddətdə bağlanmasına səbəb olan “Ever Given” yük gəmisi tədricən üzməyə başlayıb. AZƏRTAC Misirin Süveyş Kanalı İdarəsinə istinadla xəbər verir ki, saya oturmuş 400 metr uzunluğunda olan gəmini yerindən tərpətmək mümkün olub və o, şimal istiqamətində hərəkət edib ...

ABŞ-da baş verən atışmada 2 nəfər ölüb

29.03.2021 [06:32]
ABŞ-ın Esseks şəhərində (Merilend ştatı) mağazaların birində atışma baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 2 nəfərin meyitini və 1 yaralı şəxsi aşkar ediblər ...

Slovakiyanın Baş naziri maliyyə naziri ilə postlarını dəyişə bilər

29.03.2021 [02:32]
Slovakiyanın Baş naziri, mühafizəkar “Adi insanlar və müstəqil şəxsiyyətlər” (OľaNO) partiyasının rəhbəri İqor Matoviç maliyyə naziri Eduard Heqerin xeyrinə tutduğu vəzifədən istefa verəcəyini elan edib. AZƏRTAC xəbər verir ki, hökumətin tərkibində qalmaq niyyətində olan ...

Son sutkada dünyada koronavirusa 560 mindən çox yoluxma qeydə alınıb

28.03.2021 [22:22]
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 565 mindən çox artıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata əsasən, ötən sutka ərzində 565 997 nəfər yeni koronavirusa yoluxub ...

İndoneziyada kamikadzenin kilsəyə hücumu nəticəsində bir neçə nəfər yaralanıb

28.03.2021 [19:14]
Martın 28-də yerli vaxtla səhər saatlarında İndoneziyanın Makassar şəhərində kamikadzenin katolik kilsəsinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb. Terrorçu özü həlak olub. AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə əyalətin polis idarəsi məlumat yayıb ...