NYU-YORK MƏHKƏMƏSİ MAFİYANI “YETİM” QOYDU

17.04.2004 [21:46]
AzərTAc “Nyu-York Tayms” qəzetinin informasiya saytına istinadla xəbər verir ki, Nyu-York rayon məhkəməsi mafioz klanın güman edilən başçısı Qambino Piter Qottiyə 9 il 4 ay müddətinə həbs cəzası kəsmişdir. ...

ABŞ-DA SEÇKİQABAĞI REKLAM XƏRCLƏRİ REKORD VURMUŞDUR

17.04.2004 [21:27]
ABŞ-da siyasi telereklamlara rekord məbləğdə – 90 milyon dollar vəsait xərclənmişdir. AzərTAc-ın Assoşieyted Press agentliyinə istinadla verdiyi xəbərə görə, indiki prezident seçkiqabağı televiziya reklamlarına 50 milyon dollar, onun başlıca ...

BRİTANİYA MƏKTƏBLİLƏRİNİ TERRORÇULARA TAY TUTURLAR

17.04.2004 [21:27]
Son vaxtlar Britaniya müəllimləri vahimə içindədirlər. Onlar öz şagirdlərinə terrorçu gözü ilə baxırlar. Buna görə də təhsil ocağına silah gətirmək istəyən şagirdləri tapmaq üçün məktəblərdə metaltapan detektorlar qoyulmasını təklif ...

İRAN TEZLİKLƏ ÖZÜNÜN İLK QIRICI TƏYYARƏSİNİ BURAXACAQ

17.04.2004 [19:14]
AzərTAc-ın İTAR-TASS Agentliyindən aldığı xəbərə görə, İranda hazırlanmış ilk qırıcı təyyarə tezliklə ölkənin hərbi hava qüvvələrinin istifadəsinə veriləcəkdir. İran konstruktorlarının hazırladıqları bu təyyarə “Sayeki” (“İldırım”) adlandırılmışdır. İran HHQ-nin komandanı, ...

E.ŞEVARDNADZE BMT BAŞ KATİBİNİN MÜŞAVİRİ OLMAĞA RAZIDIR

17.04.2004 [17:48]
AzərTAc-ın Tbilisidən aldığı xəbərdə bildirilir ki, buraya işgüzar səfərə gələn BMT baş katibinin köməkçisi Kul Çandra Qautam Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzeyə Kofi Annanın müşaviri olmağı təklif etmişdir.
...

QAZAXISTAN PREZİDENTİ ALMANİYAYA İŞGÜZAR SƏFƏRƏ GEDİR

17.04.2004 [15:50]
AzərTAc-ın müxbiri Astanadan xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün Almaniyaya üçgünlük işgüzar səfərə yollanır.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, üçgünlük səfər Hannoverdən başlayacaqdır. Aprelin ...

İRAQ YARAQLILARI HƏR 48 SAATDA BİR İTALİYALI ÖLDÜRƏCƏKLƏRİ İLƏ HƏDƏLƏYİRLƏR

17.04.2004 [12:56]
AzərTAc-ın “Novosti” agentliyindən aldığı xəbərə görə, İraq yaraqlıları girov götürdükləri italyanlardan birini hər 48 saatdan bir öldürəcəkləri ilə hədələyirlər. İtaliya XİN-dən bildirmişlər ki, nazirlik bu məlumatın doğruluğunu yoxlamaq üçün ...

AVROPA ÜSƏMA BİN LADENİN “SÜLH” TƏKLİFİNƏ RƏDD CAVABI VERİR

17.04.2004 [12:54]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Dubayın “Əl-Ərəbiyyə” və Qətərin “Əl-Cəsriyyə” radioları Əl-Qaidə beynəlxalq terror şəbəkəsinin lideri Üsame bin Ladenin Avropa ölkələrinə ünvanladığı sülh və barışıq barədə müraciətinin lent ...

QIRĞIZISTANDA MDB HÖKUMƏT BAŞÇILARININ İCLASI KEÇİRİLMİŞDİR

16.04.2004 [18:28]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Qırğızıstanın Çolpon-Ata şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası başa çatmışdır. Tədbirdə baş nazirin birinci müavini Abbas Abbasovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti ...

ƏFQANISTAN PREZİDENTİ QAZAXISTANDA SƏFƏRDƏDİR

16.04.2004 [12:19]
Əfqanıstan prezidenti Həmid Kərzai Qazaxıstanda səfərdədir.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Həmid Kərzai ilə görüşündə ikitərəfli əməkdaşlıq və dünya siyasəti ilə bağlı aktual məsələlər ...

RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ

16.04.2004 [12:19]
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Gürcüstan-Rusiya əməkdaşlığının əksər sahələrini əhatə edəcək çərçivə müqaviləsinin hazırlanması və Gürcüstan ərazisindən Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı məsələləri müzakirə etmək üçün ...

BELÇİKADA DİNDARLARI DİLƏNÇİLƏRDƏN QORUYURLAR

15.04.2004 [17:48]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Belçikanın Banno şəhərinin hakimiyyət orqanları dindarlar üçün müqəddəs sayılan və rəvayətə görə, müqəddəs Məryəmin zühur etdiyi yerdə dilənçiliyə qadağa qoymuşlar. Bu qərar ...

YAPONİYA HÖKUMƏTİNİN ÖZBƏKİSTAN KONSERVATORİYASINA HƏDİYYƏSİ

15.04.2004 [16:20]
AzərTAc-ın Daşkənddən aldığı xəbərə görə, Yaponiya hökuməti humanitar yardım çərçivəsində Özbəkistan Dövlət Konservatoriyasına musiqi alətləri və audio avadanlıq göndərmişdir. Onları öz hökuməti adından Yaponiyanın Daşkənddəki səfiri Akio Kavato təqdim ...

İTALİYA QOŞUNLARINI İRAQDAN ÇIXARMAYACAQ

15.04.2004 [15:38]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni bildirmişdir ki, onun ölkəsi ”İraqdakı missiyasını davam etdirəcəkdir”. O, İraqda girov götürülmüş italiyalı Fabritsio Kvattrokkinin öldürülməsi barədə xəbəri ...

FRANSIZ JURNALİSTİ AZAD EDİLMİŞDİR

15.04.2004 [12:43]
AzərTAc-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, aprelin 11-də Bağdadın cənubunda sünnilər tərəfindən girov götürülmüş fransız jurnalisti Aleksandr Jordanov aprelin 14-də günortadan sonra sünni üləmalar cəmiyyətinin yerləşdiyi Qum əl-Quar ...

SƏTTARXAN ADINA ZAVODA BEYNƏLXALQ STANDART SERTİFİKATI TƏQDİM EDİLMİŞDİR

15.04.2004 [12:43]
“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin Səttarxan adına maşınqayırma zavodu kollektivinin 2003-cü ildən bəri həyata keçirdiyi keyfiyyət siyasəti öz bəhrəsini vermişdir. Müəssisəyə beynəlxalq standart (İSO) sertifikatı təqdim olunmuşdur.
AzərTAc-ın müxbiri xəbər ...

QAZAXISTAN İNFORMASİYA AGENTLİYİ LATIN ƏLİFBASINA KEÇİR

15.04.2004 [11:36]
AzərTAc-ın Astanadan aldığı xəbərdə deyilir ki, aprelin 14-də Qazaxıstan İnformasiya Agentliyi informasiyanı latın əlifbasından istifadə etməklə dövlət (qazax) dilində verməyə başlamışdır.
Bu xəbərlər xarici ölkələrdə yaşayan qazaxlar üçün ...

YAPONİYA HÖKUMƏTİ QOŞUNLARINI İRAQDAN ÇIXARMAQ FİKRİNDƏ DEYİL

15.04.2004 [11:14]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi bəyan etmişdir ki, İraqda vəziyyətin kəskinləşməsinə baxmaylaraq, o, Yaponiya özünümüdafiə qüvvələri kontinqentini bu ölkədən çıxarmaq niyyətində deyildir. D.Koidzumi ...

ABŞ İRAQDA HƏRBİ ƏMƏLİYYATLARIN BİR QİSMİNİ NATO-YA HƏVALƏ ETMƏK İSTƏYİR

15.04.2004 [11:10]
İraqda hərbi əməliyyatlar aparmaq vəzifələrinin bir qismi NATO-nun ixtiyarına keçə bilər. AzərTAc-ın Vaşinqtondan aldığı xəbərə görə, bunu mətbuat konfransında ABŞ Prezidenti Corc Buş bəyan etmişdir.
Onun sözlərinə görə, ...