Ukraynadan rüsumsuz taxıl idxalı Bolqarıstanda etirazlar doğurur
Bakı, 29 mart, AZƏRTAC
Bolqarıstanın taxil istehsalçıları Ukraynadan rüsumsuz taxıl idxalına dair Avropa reqlamentinin ölkələrinə şamil edilməsinə qarşı üçgünlük etiraz aksiyasına başlayıb.
AZƏRTAC xəbər verir ki, martın 29-dan 31-dək səhər saatlarında fermerlər ağır texnikalarla ölkənin şimalındakı Vidin, Ruse, Silistra və Kardam sərhəd məntəqələrinin yolunu bağlayacaq. Bu, nəticə verməyəcəyi təqdirdə aksiya davam etdiriləcək.
Bolqarıstanın buğda istehsalı assosiasiyası Ukraynadan ölkəyə dənli bitki tədarükünün aktivləşməsinin yerli məhsulların satışını çətinləşdirdiyini bildirib. Yerli fermerlər hökumətin dəstəyinə və bu reqlamentin Bolqarıstana şamil edilməyəcəyinə ümid bəsləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]