Çində soyuducu anbarda baş verən yanğında 11 nəfər ölüb
Pekin, 28 mart, AZƏRTAC
Çinin Hebey vilayətində fəaliyyətini dayandırmış soyuducu anbarda baş vermiş yanğın nəticəsində azı 11 nəfər ölüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə martın 27-də günortadan sonra Çancou şəhərinin Çansian rayonunda baş verib. Anbarda söküntü işləri aparılarkən meydana gələn yanğının söndürülməsinə təxminən 8 saat vaxt gedib. Ərazidən 11 nəfərin meyiti aşkarlanıb.
Hazırda axtarış işləri davam edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]