Meymun çiçəyi virusu İtaliyada da aşkarlanıb

20.05.2022 [06:24]
İtaliyanın paytaxtı Romada bir nəfərdə meymun çiçəyi virusu aşkarlanıb. AZƏRTAC xəbər verir ki, virus daşıyan şəxsin İspaniyanın Kanar adalarından Romaya gəldiyi bildirilib ...

Co Bayden ABŞ Prezidenti kimi Cənubi Koreyaya ilk səfərini edəcək

20.05.2022 [04:44]
Cümə günü ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi Koreya Respublikasına ilk səfərini edəcək. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, şənbə günü ABŞ Prezidentinin Cənubi Koreya lideri Yun Sok Yol ilə ilk ...

Estoniyalı alimlər “İlin avropalı ixtiraçısı” mükafatına namizəddirlər

20.05.2022 [03:01]
Estoniyalı alimlər Yaan Leys, Mati Arulepp və Anti Perkson fosil yanacağından ekoloji enerjiyə keçməyə imkan verən superkondensatorlar üçün müstəsna karbon materialının hazırlanmasına görə “İlin avropalı ixtiraçısı” mükafatına namizəd olublar. AZƏRTAC Estoniya ...

Şanxay Əməkdaşlıq Təşkilatının 20-ci müşavirəsinə gələn il Hindistan ev sahibliyi edəcək

20.05.2022 [02:39]
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin- Özbəkistan, Rusiya, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın mədəniyyət nazirlərinin hibrid formatda 19-cu müşavirəsi keçirilib ...

Van pişiyi haqqında bilmədiklərimiz

20.05.2022 [00:44]
Pişiklərin ən gözəli və bənzərsizi Türkiyənin şərqində, Van gölünün ətrafında yaşayır və Van pişiyi adlanır. AZƏRTAC xəbər verir ki, Van pişiyini digərlərindən fərqləndirən əlamət onun genetik dəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır. Bəzilərinin ...

Fransada 700 nəfər diplomata tətilə çıxmaq üçün çağırış edilib

19.05.2022 [23:20]
Fransa Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqının altı təşkilatı iyunun 2-də “Quai d'Orsay” tədricən yoxa çıxır” şüarı ilə tətilə çağırış edib. Tətilə “islahatlar uçqunu”, yəni Fransa diplomatik korpusunun fəaliyyətinin dayandırılmasına narazılıq səbəb göstərilir. AZƏRTAC ...

Daşkənddə ŞƏT üzvü olan ölkələrin nazirlik və idarə rəhbərlərinin növbəti müşavirəsi keçirilib

19.05.2022 [22:22]
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin turizm və mədəni irs sahələri üzrə nazirlik və idarə rəhbərlərinin növbəti müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə ŞƏT üzvü olan ölkələr - Özbəkistan ...

Gürcüstan Müdafiə Qüvvələri hərbi təlimlər keçirib

19.05.2022 [21:49]
Gürcüstan Müdafiə Qüvvələri Samtsxe-Cavaxetiya bölgəsindəki Orfolo poliqonunda “Helati 2022” adı altında hərbi təlimlər keçirib. AZƏRTAC xəbər verir ki, hərbi təlimlər NATO-nun JTEC birgə hazırlıq mərkəzinin dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargahı və Qərb Komandanlığı tərəfindən ...

Böyük Britaniyada 9 nəfərdə meymun çiçəyi virusu aşkarlanıb

19.05.2022 [20:15]
Böyük Britaniyada 9 nəfərdə meymun çiçəyi (monkeypox) virusu aşkarlanıb. AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi virusa yoluxanlardan birinin paytaxt Londonda, digərlərinin isə ölkənin cənub-şərqində aşkarlandığını açıqlayıb ...

Kolumbiya Avropaya kömür ixracını artırıb

19.05.2022 [19:59]
Kolumbiya dünyanın ən böyük 10 kömür istehsalçısından biridir. AZƏRTAC xəbər verir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Kolumbiya Avropaya kömür ixracını artırıb. Türkiyə Kolumbiya kömürünün ən böyük idxalçısı olsa da, Niderland ...

Özbəkistanın vaksinasiya məntəqələrinə yerli istehsal olan 6,172 milyon doza peyvənd qəbul edilib

19.05.2022 [19:46]
Özbəkistanın vaksinasiya məntəqələrinə ölkədə istehsal olunan 6,172 milyon doza “ZF-UZ-VAC2001” peyvəndi qəbul edilib. AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, pandemiya dövründə Özbəkistan 69, 7 milyon doza peyvənd alıb ...

Gürcüstanda yanacağın qiyməti aprel ayı ilə müqayisədə bahalaşıb

19.05.2022 [19:27]
Gürcüstan cari ilin yanvar-aprel aylarında 385 678 min litr benzin və dizel yanacağı idxal edib. Bu barədə AZƏRTAC-a Gürcüstanın Rəqabət Agentliyindən məlumat verilib. Bildirilir ki, agentlik hökumət başçısının tapşırığına əsasən ölkədə avtomobil yanacağının ...

Rusiyada yeni uşaq və gənclər təşkilatı yaradılır

19.05.2022 [19:12]
Rusiyada yeni “Böyük tənəffüs” (“Bolşaya peremena”) uşaq və gənclər təşkilatı yaradılır. AZƏRTAC xəbər verir ki, Dövlət Dumasının bütün siyasi partiyalarının nümayəndələri bu barədə qanun layihəsini imzalayıblar. Layihənin müəllifləri hərəkatın uşaq və gənclərlə bağlı dövlət siyasətinə dəstək vermək məqsədi daşıdığını bildirirlər ...

Tehran polisi 2 ton narkotik vasitə müsadirə edib

19.05.2022 [18:25]
Tehran polisinin şəhərin müxtəlif məhəllələrində keçirdiyi əməliyyat nəticəsində 2 ton narkotik vasitə müsadirə edib və narkotik qaçaqmalçılığı ilə məşğul olan 83 nəfər həbs olunub. AZƏRTAC xəbər verir ki, bu barədə Tehran Şəhər Polis İdarəsinin rəisi general Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında ...

“McDonald’s” şirkəti Rusiyadakı biznesini satır

19.05.2022 [16:52]
ABŞ-ın “McDonald’s” şirkəti Rusiyadakı biznesini sahibkar Aleksandr Qovora satır. AZƏRTAC xəbər verir ki, A.Qovor Rusiyanın bir neçə regionunda franşiza əsasında “McDonald’s”ın 25 restoranını idarə edən “QiD” şirkətinin sahibidir ...

Dünya Bankı Efiopiyada hərbi münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası üçün qrant ayırıb

19.05.2022 [16:35]
Dünya Bankı Efiopiya hökumətinə hərbi münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası üçün 20 milyard birr (300 milyon dollardan çox) qrant ayırıb. AZƏRTAC xəbər verir ki, Efiopiyanın Maliyyə Nazirliyi ilə Dünya Bankı arasında müvafiq saziş imzalanıb. Efiopiyanın maliyyə ...

Çinin mülki aviasiya sənayesi ötən il 12,5 milyard dollar zərərə uğrayıb

19.05.2022 [15:38]
Çinin mülki aviasiyası 2021-ci ildə ümumilikdə 84,2 milyard yuandan çox (təxminən 12,5 milyard dollar) zərərə uğrayıb. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Çinin Mülki Aviasiya İdarəsinin saytında yerləşdirilib. Qurumun məlumatına ...

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Rusiyadan imtina edə bilməz

19.05.2022 [15:34]
Türkiyə Rusiya ilə münasibətlərdən, Rusiya qazından imtina edə bilməz, bu, strateji məsələdir. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə ...

Ukraynalı qaçqınlar onlara sığınacaq vermiş ölkələrdə işə düzəlirlər

19.05.2022 [15:16]
Çexiya, Macarıstan, Almaniya və bir sıra başqa dövlətlərin KİV-ində verilən məlumata görə, ukraynalı qaçqınlar onları qəbul etmiş və sığınacaq vermiş ölkələrdə fəal şəkildə iş axtarır və onu uğurla tapırlar. AZƏRTAC xəbər verir ki, müharibə gedən bu ölkədən olan qaçqınların 50 mindən çoxu Çexiyada iş tapıb ...