İtaliyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib

13.02.2022 [04:07]
İtaliyada bu vaxtadək COVID-19 infeksiyasına yoluxanların sayı 12 milyonu ötüb. AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İtaliyada koronavirusa yoluxanların sayı 62 min 231 nəfər artaraq ümumilikdə 12 milyon 53 min 330-a yüksəlib ...

Gürcüstanda əhalinin 180 minə yaxını dövlətdən sosial yardım alır

13.02.2022 [02:57]
Gürcüstanda əhalinin 793 min 751 nəfəri pensiya, 177 min 897 nəfəri isə dövlətdən sosial yardım alır. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, 2021-ci ilin statistik məlumatlarına görə, ölkədə pensiya alan əhalinin sayı 793 min 751 nəfər təşkil edib ...

Ukrayna və Türkiyə xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə edib

13.02.2022 [02:34]
Ukrayna və Türkiyə xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə edib. AZƏRTAC xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı apardığını ...

Polşa ədliyyə sistemində aparılmış islahatlara görə Avropa İttifaqı ilə mübahisədə güzəştlərə hazırdır

13.02.2022 [02:09]
Polşa ədliyyə sistemində aparılmış islahatlara görə Avropa İttifaqı ilə aylardır davam edən mübahisədə güzəştə getməyə hazırdır. AZƏRTAC xəbər verir ki, hakimiyyətdə olan Hüquq və Ədalət Partiyası (PiS) parlamentdə müvafiq qanun layihəsi ilə çıxış edib. Layihəyə əsasən, gələcəkdə hakimlərin fəaliyyətinə ...

İsveçrə vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb

13.02.2022 [01:21]
İsveçrə Konfederasiyası Xarici İşlər Departamenti ölkə vətəndaşlarına Ukraynaya səfərlə bağlı müraciət edib. AZƏRTAC xəbər verir ki, müraciətdə vətəndaşlar Ukraynaya turistik və təcili olmayan bütün növ səfərlərdən imtina etməyə çağırılıblar. Keystone-SDA agentliyinin məlumatına görə, nazirlik bu müraciəti Ukrayna sərhədlərindəki ...

Türkiyənin Bursa şəhərində yeni yüksək sürətli qatar xətti inşa ediləcək

13.02.2022 [00:54]
Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən türk dünyasının mədəniyyət paytaxtı seçilən Türkiyənin Bursa şəhəri yeni yüksək sürətli qatar xəttinin tikintisi ilə dəmir yolu şəbəkəsinə inteqrasiya ediləcək. Yeni dəmir yolu xətti Balıkesir, Bursa vilayətləri və bu vilayətlərə bağlı Yenişehir, Osmaneli rayonları arasında inşa ediləcək ...

Volodimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı olub

12.02.2022 [23:31]
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub. AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat verib. Voldomir Zelenskinin ...

İtaliya öz vətəndaşlarından Ukraynanı tərk etmələrini istəyib

12.02.2022 [22:42]
İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Ukraynanı müvəqqəti olaraq tərk etmələrini xahiş edib. AZƏRTAC xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Ukrayna-Rusiya gərginliyi ilə əlaqədar Ukraynaya səyahətlə bağlı şərtləri yeniləyib ...

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı başa çatıb

12.02.2022 [21:33]
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, telefon danışığı 1 saata yaxın davam edib. Liderlərin telefon danışığı zamanı əsas diqqət Ukrayna ətrafındakı gərginliyə yönəlib ...

Gürcüstanın qərbində baş vermiş qəzada 18 nəfər yaralanıb

12.02.2022 [21:30]
Gürcüstanın qərbində, beynəlxalq dərəcəli avtomagistralın Xaşuri-Surami hissəsində qəza baş verib. Nəticədə 18 nəfər müxtəlif dərəcəli, ağır bədən xəsarətləri alıb. AZƏRTAC xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır ...

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

12.02.2022 [20:01]
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı ...

Blinken Lavrovla Ukraynada diplomatik tənzimləmə imkanlarını müzakirə edib

12.02.2022 [19:03]
ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Ukrayna ətrafında vəziyyətin diplomatik həlli imkanlarını müzakirə edib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Dövlət departamentinin ...

Türkiyənin yeni iqtisadi modeli açıqlanıb

12.02.2022 [18:44]
Türkiyədə ƏDV Sisteminin Sadələşdirilməsi Proqramı çərçivəsində əsas ərzaq məhsulları üzrə ƏDV 8 faizdən 1 faizə endirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə İqtisadiyyat Modeli, Yeni Addımlar və İnflyasiya ...

Aİ Afrikada infrastrukturun inkişafına 22,7 milyard dollar ayırmağı planlaşdırır

12.02.2022 [18:17]
Avropa İttifaqı (Aİ) Global Gateway proqramı çərçivəsində Afrika ölkələrinə 22,7 milyard dollar ayırmaq imkanlarını nəzərdən keçirir. AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Aİ-nin proqramı nəqliyyat şəbəkəsinin, rəqəmsal texnologiyanın inkişafına, energetika, təhsil və səhiyyə sahələrində layihələrə yönəldiləcək ...

Gürcüstanda avtomobil yanacağının qiyməti kəskin artacaq

12.02.2022 [16:45]
Gürcüstanda avtomobil yanacağının qiyməti yaxın günlərdə kəskin artacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın tanınmış iqtisadçı-eksperti Oto Abesadze sosial media hesabında yazıb ...

Norveç bu gündən koronavirusla bağlı məhdudiyyətləri ləğv edir

12.02.2022 [16:25]
Norveç hökuməti fevralın 12-dən koronavirusla bağlı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin əksəriyyətini ləğv edir. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Norveçin Baş naziri şənbə günü mətbuat konfransında deyib ...

Bosniya və Herseqovinanın ən qədim şirkətlərindən biri bağlanır

12.02.2022 [16:03]
Bosniya və Herseqovinanın Avstriya-Macarıstan imperiyasına daxil olmasından iki il sonra qurulan və regionun ən qədim şirkətlərindən biri olan Sarayevo Tütün Fabriki (FDS) bağlanır. AZƏRTAC xəbər verir ki, şirkətin martın 31-də fəaliyyətini dayandıracağı açıqlanıb ...

İtaliyada indiyədək 10 milyondan çox insan COVID-19-dan sağalıb

12.02.2022 [16:01]
İtaliyada pandemiyanın başlanğıcından bəri koronavirusdan sağalanların sayı ümumilikdə 10 milyon nəfəri keçib. AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi ölkədə virusa gündəlik yoluxma hallarında azalmanın olduğunu, pozitivlik nisbətinin isə 10,1 faiz təşkil etdiyini açıqlayıb ...

Mariya Zaxarova: Rusiya XİN-in əməkdaşlarının Ukraynadan təxliyəsi barədə məlumatlar şayiədir

12.02.2022 [15:45]
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə diplomatlarının Ukraynadan təxliyəsi barədə məlumatları “şayiə” adlandırıb. AZƏRTAC xəbər verir ki, bir sıra KİV-də Rusiyanın Kiyevdəki səfirliyinin əməkdaşlarına ölkəni tərk etmək ...