Pakistanın təhlükəsizlik qüvvələri altı terrorçunu məhv edib

27.03.2022 [00:07]
Pakistanın təhlükəsizlik qüvvələrinin Bəlucistan əyalətinin Sobbi rayonunda keçirdiyi antiterror əməliyyatında özünü “Bəlucistanın milli ordusu” adlandıran terror təşkilatının altı üzvü məhv edilib. AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, terrorçularla atışmada Pakistan ordusunun bir hərbçisi həlak olub ...

Çin polisi 139 kiloqram narkotik vasitə müsadirə edib

26.03.2022 [23:12]
Çinin Yünnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Onlardan 139 kiloqram metamfetamin müsadirə edilib. AZƏRTAC xəbər verir ki, polis əməkdaşları martın 13-də müşahidə kameraları vasitəsilə Myanma ilə həmsərhəd ...

Polşa və ABŞ prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

26.03.2022 [22:19]
Polşa və ABŞ prezidentləri Andrjey Duda və Co Bayden martın 26-da Varşavada Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar. AZƏRTAC xəbər verir ki, Co Bayden Polşaya Ukrayna qaçqınlarının qəbuluna görə təşəkkür edib. Görüşdə Ukraynadakı münaqişənin yaratdığı humanitar böhrana Qərb ölkələrinin reaksiyası da müzakirə edilib ...

Mövlud Çavuşoğlu: Fransa və İtaliya “SAMP-T” müdafiə sisteminin Türkiyədə istehsalını daha ciddi düşünürlər

26.03.2022 [21:52]
Fransa və İtaliya ortaq təsisatları olan “Eurosam” (Avropa müdafiə) Konsorsiumu çərçivəsində “SAMP-T” raket əleyhinə müdafiə sisteminin Türkiyədə istehsalını daha ciddi düşünürlər. AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtında keçirilən ...

ABŞ-ın dövlət katibi İsrail və Fələstinə səfər edəcək

26.03.2022 [21:21]
ABŞ-ın dövlət katibi Entoni Blinkenin İsrail və Fələstinə səfər edəcəyi gözlənilir. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, E.Blinken İsrail hökumətinin rəsmilərilə görüşdükdən sonra Fələstinin dövlət başçısı ilə də bir araya gələcək ...

Çində qəzaya uğramış təyyarədəki 132 nəfərin hamısı həlak olub

26.03.2022 [20:30]
Martın 21-də qəzaya uğramış “Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin “Boeing 737-800” sərnişin təyyarəsinin göyərtəsində olan 123 sərnişin və 9 heyət üzvünün hamısı ölmüş elan edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini Hu Cencian ...

Qara dənizin bəzi hissəsində balıq ovu qadağan edilib

26.03.2022 [20:15]
İstanbulun Bosfor boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstan ilə Türkiyənin Kocaeli vilayətinin Kefken rayonu arasındakı bölgəsində gecə saatlarında hər cür balıq ovu qadağan edilir. AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən yazılı açıqlama verilib ...

Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub

26.03.2022 [19:57]
Martın 26-da Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub. AZƏRTAC xəbər verir ki, bu barədə Lvov şəhər meri Andrey Sadovoy teleqram səhifəsində məlumat verib. Mer vətəndaşlara sığınacaqdan çıxmamağı tövsiyə edib ...

Türkiyə milli döyüş təyyarəsinin bütün ehtiyat hissələrini ölkədə istehsal etməyi planlaşdırır

26.03.2022 [19:16]
Türkiyənin istehsal edəcəyi milli döyüş təyyarəsinin bütün ehtiyat hissələri yerli təchizata bağlı olacaq. AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türk Aviasiya və Kosmos Sənayesi Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotil məlumat verib ...

Qahirədə qədim Babilistan qalasının bir hissəsi ziyarətçilərə açılıb

26.03.2022 [18:04]
Misirin paytaxtının “Köhnə şəhər” ərazisində qədim Babilistan qalasının bir hissəsi bərpa işlərindən sonra turistlərə açılıb. AZƏRTAC xəbər verir ki, Misirə gələn əcnəbi turistlərin böyük marağına səbəb olacaq bu qədim qalada yerləşən Qibti Muzeyi də yeni eksponatlarla zənginləşdirilib ...

İstanbul boğazında partlayıcı maddə aşkar olunub

26.03.2022 [17:36]
Bosfor boğazının İstanbul sahillərinə yaxın hissəsində minaya bənzər obyekt aşkar edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib. Məlumata əsasən, obyekt bu gün səhər saatlarında mülki ticarət gəmisi tərəfindən aşkar edilib ...

Kiyevdə növbəti dəfə iki sutkalıq komendant saatı tətbiq ediləcək

26.03.2022 [15:16]
Martın 26-da Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək. Komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 28 mart saat 07:00-a kimi davam edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib ...

Şanxayda koronavirusa görə növbəti dəfə kütləvi test prosesinə başlanılıb

26.03.2022 [15:13]
Çinin maliyyə mərkəzi hesab edilən və 25 milyon sakini olan Şanxay şəhərində COVID-19 virusuna yoluxma zəncirini müəyyən etmək üçün növbəti dəfə kütləvi test prosesinə başlanılıb. AZƏRTAC Şanxay bələdiyyəsinin səhiyyə komitəsinə istinadla xəbər verir ki, budəfəki ...

Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Türkiyəyə gətiriləcəklər

26.03.2022 [15:06]
Rusiya-Ukrayna böhranı səbəbindən Ukraynadan təxliyə edilən 185 kimsəsiz azyaşlı Türkiyəyə gətiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyindən bildirilib. Məlumata əsasən, ilkin mərhələdə Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Polşaya aparılıblar ...

Türkiyəyə gələn Ukrayna vətəndaşlarının çoxu müvəqqəti yaşamaq üçün Antalyanı seçir

26.03.2022 [14:42]
Rusiya-Ukrayna böhranı səbəbindən ölkəsini tərk edərək Türkiyəyə gələn Ukrayna vətəndaşlarının böyük əksəriyyəti müvəqqəti yaşamaq üçün Antalyanı seçir. AZƏRTAC xəbər verir ki, bu hal Antalyada evlərin kirayə və satışının, eləcə də qiymətlərin ...

Kiyev vilayətinin dörd qaynar nöqtəsindən humanitar dəhliz açılıb

26.03.2022 [14:31]
Martın 26-da mülki şəxslərin təxliyəsi üçün Ukraynanın qaynar nöqtələrində 4 humanitar dəhliz açılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın ombudsmanı Lyudmila Denisova feysbuk səhifəsində məlumat verib. O deyib ki, martın 26-da Kiyev vilayətinin 4 istiqamətində humanitar dəhlizlərin ...

Əbdülfəttah əl-Sisi və Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının təhlükəsizliyi məsələlərini müzakirə ediblər

26.03.2022 [14:03]
Martın 25-də husi qiyamçılarının “Aramco” şirkətinin neft təsislərinə raket hücumu ilə bağlı Misir Prezidenti Əbdülfəttah əl-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub ...

Türkiyədə sink mədənində çökmə baş verib VİDEO

26.03.2022 [12:40]
Türkiyənin Kayseri vilayətində yerləşən sink mədənində çökmə baş verib. Dağıntılar altında qalan işçilərdən biri ölüb. AZƏRTAC xəbər verir ki, Kayserinin Yahyalı rayonunda meydana gələn çökmə zamanı içəridə iki işçinin olduğu ehtimal edilir. Hadisə yerinə xilasedicilər cəlb olunublar ...

Yaponiyada koronavirusa yoluxma hallarının sayı azalır

26.03.2022 [12:06]
Yaponiyada koronavirusa yeni yoluxma hallarının sayı azalmaqda davam edir. AZƏRTAC xəbər verir ki, martın 25-də bütün ölkə üzrə cəmi 47 min yeni yoluxma halı qeydə alınıb. Bu, bir həftə əvvəlki göstərici ilə müqayisədə 17 min nəfər azdır ...