Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır
Moskva, 23 iyun, AZƏRTAC
Rusiya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqları dayandırdığı yerdən davam etdirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna böhranı: Qərbin əsl məqsədləri və rolu” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
Rusiya xarici işlər naziri qeyd edib ki, Moskva böhranın siyasi və diplomatik həllinə üstünlük verir.
Sergey Lavrov deyib: “Prezident hər dəfə Ukrayna məsələsi ilə bağlı danışanda vurğulayır ki, biz açıq şəkildə siyasi və diplomatik həllə üstünlük veririk”.
Nazirin sözlərinə görə, belə bir həllin parametrləri Alyaska sammitində müzakirə olunub və orada Amerika tərəfindən müzakirəçilər öz fəaliyyət planlarını təklif ediblər.
“Biz bu planla razılaşdıq. Onun həyata keçirilməsi siyasi həllin detalları üzrə danışıqların başlanmasını tələb edirdi”, -deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]
Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib
- 23.06.2026 [16:06]
Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır
- 23.06.2026 [16:01]
Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək
- 23.06.2026 [15:27]
İran Prezidenti Pakistanda danışıqlar aparacaq
- 23.06.2026 [14:49]
Avropada isti hava dalğası: İspaniyada rekord temperaturlar qeydə alınır
İmişlidə bir neçə obyekt yanıb
- [15:43]
Bülbülün ev-muzeyi ilə tanışlıq
- [14:52]
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]