Türkiyənin Kırıkkale vilayətində sursat anbarında partlayış baş verib, ölənlər var
Ankara, 23 iyun, AZƏRTAC
Türkiyənin Kırıkkale vilayətində iyunun 23-də sursatların saxlanılması və utilizasiyası üçün nəzərdə tutulan anbarlardan birində partlayış baş verib.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Yahşihan rayonunda baş verən hadisə nəticəsində azı iki nəfər həlak olub.
Yerli vaxtla saat 14:00 radələrində baş vermiş partlayışa səbəb kimi raket göstərilir.
Hadisə yerinə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [18:24]
Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq
- 23.06.2026 [17:43]
Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]
Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib
- 23.06.2026 [16:06]
Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır
- 23.06.2026 [16:01]