REGİONLAR
Cəlilabadda moruq bağları salınır VİDEO
Cəlilabad, 20 dekabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda moruq bağları salınır. Qardaş Türkiyə və yerli fermerlərin birgə səyi nəticəsində 10 hektarlıq ərazidə moruq tingləri əkilir.
AZƏRTAC xəbər verir ki, yeni moruq sortları türkiyəli iş adamı Bilgin Üstündağ tərəfindən 4 il əvvəl Türkiyədən gətirilib və Cəlilabadda əkilərək yerli iqlim şəraitinə uyğunluğu yoxlanılıb. Təcrübə uğurlu alınıb, moruq kollarının məhsuldarlığı müsbət olub. Bundan sonra 10 hektar sahədə moruq bağının salınmasına qərar verilib.
Təsərrüfat sahibi Bilgin Üstündağ bildirib ki, sahədən yaxşı gəlir götürəcəyi təqdirdə, moruq bağının ərazisini 100 hektaradək genişləndirəcək.
Moruq kolları damcı üsulu ilə suvarılacaq.
Yeni salınan bağdan 2 ildən sonra məhsul əldə edilməsi proqnozlaşdırılır. Hər moruq kolundan 3-5 kiloqram, 1 hektardan isə 5 ton məhsul götürmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]