Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtomobil yolları işçiləri Azərbaycanda yol infrastrukturunun formalaşmasında əhəmiyyətli rol oynayırlar

Bakı, 22 fevral, AZƏRTAC

22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günü Prezident İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə qeyd olunur.

Peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafa layiqli töhfə verməklə, Azərbaycanda yol infrastrukturunun formalaşmasında əhəmiyyətli rol oynayırlar. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də məhz yol infrastrukturunun yenidən qurulmasıdır.

Xatırladaq ki, yol tikintisi sahəsində əvvəllər “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərən qurumun adı dövlət başçısının 2016-cı il 9 mart tarixli Fərmanı ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti respublikanın avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir. Cəmiyyətin balansında ümumi istifadədə olan 17529 kilometr uzunluqda avtomobil yolunun 4385 kilometri respublika əhəmiyyətli, 13158 kilometri isə yerli əhəmiyyətlidir.

Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Bundan başqa, cəmiyyətin balansında 1299 körpü var, onlardan da 160-ı işğal olunmuş ərazilərdə yerləşir.

Ötən il ərzində 880 kilometr uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Həmçinin 14 yeni avtomobil körpüsü tikilib, 8-i isə təmir edilib. Bu müddətdə Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 piyada keçidi tikilib, 1-i isə təmir edilib. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu proses rayon və kənd yollarını da əhatə edir.

Ölkə rəhbərinin imzaladığı yol infrastrukturunun yenilənməsinə hesablanmış 48 sərəncamın icrası olaraq, ümumi uzunluğu 515 kilometr təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb.

Sözügedən avtomobil yollarının tikintisi ilə 173 yaşayış məntəqəsinin təqribən 1 milyon 230 min əhalinin rahat və təhlükəsiz hərəkəti təmin olunub. Təbii ki, yolların yenidən qurulması sərnişin və yük daşımasının artmasına, eləcə də həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına güclü təkan verib.

Məqsədyönlü tədbirlər cari ildə də davam etdirilib. Xüsusilə magistral yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi məsələləri dövlətin strateji istiqamətlərindən biri olmaqla, indi bütün bölgələrdə geniş vüsət alıb.

Qeyd etmək yerinə düşər ki, bu yolların inşası və yenidən qurulmasında bölgə əhalisinin təklif və müraciətləri də nəzərə alınır. İlk növbədə isə əhalinin ən çox sıx məskunlaşdığı region, qəsəbə və kəndləri birləşdirən yollar bərpa edilir. “Azəravtoyol” ASC-nin rəhbərliyinin bəyan etdikləri kimi, bütün kənd yollarının yüksək səviyyədə təmiri qarşıya əsas məqsəd kimi qoyulub.

Respublikanın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərinin küçə və prospektlərində piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yerüstü və ya yeraltı piyada keçidlərinin inşası davam etdirilib.

2016-cı ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunda - 3 yerdə (Xırdalan, Ceyranbatan 2 ədəd), Bakı-Şamaxı yolunda - 3 yerdə (Sulutəpə və Hökməli dairəsi yaxınlığında və Cəngi qəsəbəsində), Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda 1 yerdə (Puta hərbi şəhərciyinin yanında), Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində, Həsən Əliyev küçəsində (İqtisad Universitetinin yaxınlığında (yeraltı), Hüseyn Cavid parkının yaxınlığında (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında (yeraltı) piyada keçidlərinin bəzilərinin tikintisinə başlanılıb.

Ümumilikdə, sözügedən yolların inşası beynəlxalq standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılır. Bununla yanaşı, son illər yol tikintisi sahəsində daha müasir texnologiyaların tətbiqi istiqamətində sınaqlar keçirilir. Mütəxəssislərin fikrincə, asfalt yol örtüyünün zədələnməsi təhlükəli çuxurların və tıxacların yaranmasına gətirib çıxarır ki, bu da yolların bahalı təmiri ilə nəticələnir. Bu səbəbdən Niderland hökuməti asfalt yollara alternativ olaraq plastik yolların tikiləcəyini qərarlaşdırıb.

Plastik yol örtükləri ənənəvi asfalta nisbətdə daha az təmir tələb edir və deyilənə görə, -40-dan +80 dərəcəyədək ekstremal temperaturlara dözümlüdür. Eyni zamanda, plastik yolların çəkilməsi dünyada ekoloji vəziyyətin yaxşılaşmasına öz əhəmiyyətli töhfəsini verəcək.

Bundan başqa, plastik yolların digər əhəmiyyəti odur ki, bu yollar plastik tullantıların istifadəsinə də imkan yaradır. Belə ki, plastik yolların materialı plastik tullantılardan hazırlanacaq. Bu tip yolların daha bir üstünlüyü onların asfalt yola nisbətən daha tez salınmasıdır.

Moskva şəhərində də plastik kütlədən hazırlanan yol örtüyünü testdən keçirməyə hazırlaşırlar. Test zamanı bu örtüyün düzlüyü, onun uzun ömürlülüyü və möhkəmliyi, eləcə də plastik kütlənin müxtəlif temperaturlara reaksiyası yoxlanılacaq. Plastik yolların Avropanın digər dövlətlərində də tətbiqi nəzərdə tutulur. Azərbaycanda da bu sahədə alternativ yollar axtarılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

İğdırda Zəfər Günü ilə əlaqədar yürüş olub

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən