Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanlı məcburi köçkün qadınlar Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Prezident Fransua Ollanda məktub ünvanlayıblar

Məktub Fransa Milli Assambleyasının prezidentinə və Senatın sədrinə də ünvanlanıb

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan qadınları Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Fransa Respublikasının Prezidenti Fransua Ollanda, Milli Assambleyanın prezidenti Klod Bartolona və Senatın sədri Jerar Larşeyə məktub ünvanlayıblar. Bu barədə AZƏRTAC-a “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.

İcmanın üzvü olan bir qrup qadın tərəfindən imzalanmış məktubda deyilir:

“Sizə məlum olduğu kimi, qonşu Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq güc tətbiq etməklə silahlı ordusu vasitəsilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini güc yolu ilə dəyişmək məqsədilə Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsini və ona bitişik olan yeddi rayonunu işğal edib.

Ermənistan Respublikasının silahlı qüvvələrinin apardığı etnik təmizləmə nəticəsində bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində bir nəfər də olsun azərbaycanlı yaşamır və bu etnik təmizləmə siyasətinin kulminasiya nöqtəsi 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır. Bir neçə gün bundan əvvəl 25 illiyi qeyd edilmiş Xocalı soyqırımı Ermənistan Respublikasının hazırkı prezidenti Serj Sarkisyanın birbaşa rəhbərliyi ilə təşkil olunub və beynəlxalq mətbuata müsahibələri zamanı o, özü bunu şəxsən təsdiq edib. Azərbaycan mənşəli 613 insan, qadınlar, kişilər, yaşlılar və uşaqlar yalnız azərbaycanlı olduqları üçün bu dəhşətli soyqırımına məruz qalıblar. Bu gün işğal altında olan Dağlıq Qarabağ bölgəsində, həmçinin yeddi ətraf rayonda bir nəfər də olsun azərbaycanlı yaşamır. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Azərbaycan və erməni mənşəli Azərbaycan vətəndaşları birlikdə yaşayıblar.

Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlarımızın 20 faizi beynəlxalq hüquqa, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd mühüm qətnaməyə zidd olaraq bu günədək de-fakto Ermənistanın nəzarəti altındadır. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən yeddi rayonundan 750 min nəfərdən artıq azərbaycanlı Ermənistan silahlı qüvvələri tərəfindən güclə qovulub.

Biz 25 ildir məcburi köçkün həyatını yaşayırıq. Bizim öz mülklərimizə sahib çıxmaq, öz doğma diyarlarımıza, şəhərlərimizə, kəndlərimizə və evlərimizə qayıdaraq orada yaşamaq üçün fundamental insan hüquqlarımız kobud şəkildə pozulur.

Xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun qeyri-qanuni işğal olunması nəticəsində azərbaycanlı məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulmasını Avropa İnsan Hüquqları Məhkəməsi də təsdiq edib. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, Ermənistan bununla Avropa İnsan Hüquqları Konvensiyasını da pozur. Lakin xarici ölkələrdə yaşayan erməni icmaları və lobbisi beynəlxalq mediada Dağlıq Qarabağda yaşayan erməni icmasını “qurban” qismində təqdim etməkdə, Azərbaycanda onların insan hüquqlarının guya pozulmasını, Azərbaycanı “qeyri-demokratik” ölkə kimi və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış marionet işğalçı rejimin guya “demokratiya” qurması niyyətini yalan məlumatlarla təşviq etməkdə davam edir. Ermənistan xarici ölkələrdəki çoxsaylı icmaları və lobbisi vasitəsilə Azərbaycana qarşı ciddi dezinformasiya və qarayaxma kampaniyası aparır.

Cəmi 25 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanın demokratik inkişaf sahəsində olan ən xırda belə problemi beynəlxalq mətbuatda şişirdilir və geniş yayılır, Ermənistanda bu sahədə mövcud olan ciddi problemlərdən isə, ümumiyyətlə, danışılmır. Bu ikili standartlar deyilmi?

Məlum olduğu kimi, xaricdə olan erməni icmaları və lobbisi Fransada da “elektoral şantaj diplomatiyası” həyata keçirərək seçkilər zamanı erməni icmasının üzvlərinin səslərindən asılı olan Fransanın bəzi şəhərlərinin merlərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşən şəhərlərlə qeyri-qanuni “dostluq xartiyaları” imzalamağa sövq edirlər. Misal üçün, Fransanın Burq-le-Valans şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bizim tarixi Şuşa şəhərimizlə qeyri-qanuni “dostluq xartiyası” imzalayıb. Burq-le-Valans şəhərinin meri bu qanunsuz və beynəlxalq hüquqa zidd olan addımını əsaslandırmağa cəhd edərək bəyan edib ki, o, orada “demokratiyaya dəstək” üçün bunu edir.

Bu gün biz, Azərbaycanın qədim tarixi şəhərlərindən biri olan Şuşa şəhərinin əsl vətəndaşları Burq-le-Valans şəhərinin merinin nəzərinə çatdırmaq istərdik ki, 1989-cu ildə Şuşa şəhərinin 20 mindən artıq əhalisi olub, bunlardan təxminən 93 faizini Azərbaycan mənşəli azərbaycanlılar, təxminən 7 faizə yaxınını isə erməni mənşəli azərbaycanlılar təşkil edib. 1992-ci il mayın 8-də Ermənistan silahlı ordusu Şuşa şəhərini qeyri-qanuni olaraq işğal edib və orada etnik təmizləmə həyata keçirib. Şuşanın yüzlərlə azərbaycanlı sakini xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə sakini yaralanıb və əlil olub, 600-dən artıq uşaq valideynlərini itirib, minlərlə sakin doğma yuvasını, doğma Şuşa şəhərini tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş azərbaycanlıların taleyi barədə bu günə qədər məlumat yoxdur. Bu gün Şuşa şəhərində bir nəfər də olsun azərbaycanlı yaşamır və orada yalnız ermənilər yaşayırlar. Bir sözlə, etnik təmizləmə nəticəsində şəhər erməniləşdirilib və bu gün orada yalnız ermənilərin yaşaması güc yolu ilə təmin edilib.

Bizim sizə sualımız ondan ibarətdir ki, hər hansı şəhərin güc yolu ilə milliyyətinin dəyişdirilməsinə, həmin şəhərin əsl əhalisinin öz doğma şəhərindən qovulması və məcburi köçkünə çevrilməsi, Şuşa şəhərinin etnik təmizləmə nəticəsində erməniləşdirilməsinə beynəlxalq hüquqa zidd olaraq əsassız bəraət qazandırmaq “demokratiyaya dəstək” adlandırıla bilərmi? Beynəlxalq hüquqa, demokratiyaya və insan hüquqlarına zidd olan bu kimi qeyri-qanuni addımlar insan hüquqlarına beşik ölkə sayılan Fransanın dəyərlərinə uyğundurmu? Burq-le-Valans şəhərinin meri bir neçə saniyəlik təsəvvür edə bilərmi ki, Ermənistan Burq-le-Valans şəhərini də qeyri-qanuni olaraq güc yolu ilə işğal edir, orada yaşayan fransız mənşəli fransızları güc yolu ilə qovur, onun özü məcburi köçkünə çevrilir, bu şəhərin əhalisinin tamamilə erməni mənşəli olması təmin edilir və sonra orada yaradılan qanunsuz şəhər “rəhbərliyi” ilə digər ölkələrin şəhərləri arasında “demokratiyaya dəstək” adı ilə qeyri-qanuni “dostluq xartiyaları” imzalanır və əməkdaşlıq qurulur?

Eyni zamanda, nəzərinizə çatdırmaq istərdik ki, Ermənistan Respublikasının hazırkı hakimiyyəti hər zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının öz müqəddəratını təyin etmək və konkret olaraq orada yeni süni dövlət yaratmaq arzusunu səsləndirir. Lakin unutmaq olmaz ki, ermənilər Qafqazda öz müqəddəratını artıq bir dəfə təyin edərək hazırkı Ermənistan Respublikasını yaradıblar və əgər bu məntiqlə bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən, Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Türkiyədə, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni süni erməni “dövlətləri” yaradıla bilər. Bizim bildiyimizə görə, beynəlxalq hüquqda, konkret olaraq isə ATƏT-in Helsinki Yekun Aktında hər bir halda öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünə xələl gətirməsi halında tətbiq edilə bilməyəcəyi aydın şəkildə vurğulanıb. Başqa sözlə, öz müqəddəratını təyinetmə dövlətlərin ərazi bütövlüyünü pozmamalıdır.

Vətəndaşı olduğumuz Azərbaycan Respublikasının hökuməti dəfələrlə bəyan edib ki, Azərbaycan və erməni mənşəli Azərbaycan vətəndaşlarının sülh şəraitində birgə yaşayacaqları Dağlıq Qarabağ bölgəsinə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli özünüidarəetmə muxtariyyəti verilə bilər. Bu baxımdan, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında dialoqun qurulması və inkişafı da böyük əhəmiyyət kəsb edir. Lakin əfsuslar olsun ki, Ermənistan Respublikasının hazırkı hakimiyyəti buna ciddi maneə olur.

Fransa Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi mühüm qətnamələrin qəbulunda birbaşa iştirak edib, bu qətnamələrə istinadən yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri qismində ATƏT-in Helsinki Yekun Aktına əsasən ikitərəfli əsasda da hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyərək öz beynəlxalq öhdəliklərinə hörmətlə yanaşıb. Bütün bu sənədlərə və beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Lakin Fransa tərəfindən atılmış bu addımlar bizim 25 ildən artıq məcburi köçkün kimi yaşadığımız bu müvəqqəti dövrün yekunlaşmasını və bizim öz doğma diyarlarımıza, şəhərlərimizə, kəndlərimizə və evlərimizə qayıtmağımızı və orada erməni mənşəli digər Azərbaycan vətəndaşları ilə birlikdə sülh şəraitində yaşamağımızı təmin etmək üçün kifayət deyil və buna görə də Fransa Ermənistana təzyiqini artırmalıdır.

Mətbuatda yazılır ki, siz azərbaycanlı qadınların xüsusi amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçısı - Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı 2017-ci il martın 8-də - Beynəlxalq Qadınlar Günü bayramında Parisdə qəbul edəcəksiniz. Bununla əlaqədar, Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından sizdən xahiş edirik, ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan prezidentinə təzyiq göstərəsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Helsinki Yekun Aktına istinadən sülh yolu ilə həll edilməsinə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına və inkişafına, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyətinə və biz məcburi köçkünlərin insan hüquqlarının tezliklə bərpasına və 2018-ci ildə növbəti beynəlxalq qadınlar bayramını öz doğma diyarlarımızda, şəhərlərimizdə, kəndlərimizdə və evlərimizdə qeyd etməyimizə maneə göstərməsin.

Sadəcə olaraq biz sizdən ədaləti dəstəkləməyinizi və beynəlxalq hüququn, tarixi ədalətin və bizim insan hüquqlarımızın öz tarixi və doğma torpaqlarımız olan ölkəmizin Dağlıq Qarabağ bölgəsində təmin edilməsini xahiş edirik.

Biz ümid edirik ki, Fransa beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü, ATƏT-in Minsk qrupunun həmsədri kimi yuxarıda qeyd etdiyimiz beynəlxalq öhdəliklərinə əsasən öz obyektiv vasitəçilik funksiyasını daha da gücləndirəcək və Ermənistan prezidentinə təzyiqlərini artıracaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur