REGİONLAR


Bu ilin ötən dövründə Qax Dövlət Rəsm Qalereyasını üç minə yaxın incəsənət həvəskarı ziyarət edib

Qax, 25 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Yay aylarında Qax rayonuna istirahətə gələnlər şəhərin mərkəzində, Heydər Parkının ərazisində yerləşən Rayon Dövlət Rəsm Qalereyasına baş çəkməyi də unutmurlar. Qalereyada Azərbaycanın tanınmış rəssamlarının, həmçinin yerli rəsm həvəskarlarının əsərləri nümayiş etdirilir.

Qalereyanın direktoru Səbinə Əfəndiyeva AZƏRTAC-a bildirib ki, cari ilin ötən dövrü ərzində bu sənət ocağını 3 minə yaxın incəsənət həvəskarı ziyarət edib. Ekspozisiya ilə tanış olanların arasında yerli turistlər üstünlük təşkil edib. Eyni zamanda, Türkiyə, Rusiya, İtaliya, həmçinin ərəb ölkələrindən gələn turistlər də Azərbaycan rəssamlarının əsərlərinə böyük həvəslə baxıblar.

Hazırda Qalereyanın fondunda 214 ədəd eksponat toplanıb. O cümlədən ekspozisiya salonunda Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Fərhad Xəlilov, Xalidə Səfərova və Azərbaycanın digər tanınmış rəssamlarının 62 rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir.

Rəsm Qalereyası yerli rəssamların estetik zövqünün formalaşdırılmasında və onların peşəkarlığının artırılmasında böyük rol oynayır. Burada vaxtaşırı olaraq yerli rəssamların əl işlərindən ibarət sərgilər təşkil olunur, yaradıcılıq müsabiqələri keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.