Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisdə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr keçirilib VİDEO

Milli Məclisdə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr keçirilib VİDEO

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr olub.

Komitənin sədri Əhliman Əmiraslanov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, vərəm xəstəliyi müalicə olunmadıqda əlillik və ölümlə nəticələndiyi üçün bir sosial bəla kimi həm dövlətin, həm də bütövlükdə cəmiyyətin problemi hesab olunur. Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan bu xəstəliyə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir vərəm xəstəsi bir ildə 10-15 insanda bu xəstəliyin yaranmasına səbəb olur. Hesablamalara görə, 2015-ci ildə dünyada 10,4 milyon insan vərəm xəstəliyinə tutulub. Vərəm dünya üzrə 10 ən çox ölümə səbəb olan xəstəliklərin siyahısındadır. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəm xəstəliyinə yoluxub, 210 min uşaq vərəmdən dünyasını dəyişib. Vərəm dünyanın bütün bölgələrində yayılıb, lakin ölüm hallarının çoxu Asiyanın və Afrikanın payına düşür. Dünyada 2000-2015-ci illər ərzində 49 milyon insan vərəmdən müalicə alıb və onların həyatı xilas edilib. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər mövcuddur. Azərbaycanda isə son beş ildə xəstəliyə yoluxmanın dinamikasında müsbət dəyişikliklər - azalma müşahidə olunur. Penitensiar sistemdə 1993-cü illə müqayisədə ölüm halları 105 dəfə azalıb. Son illərdə dünya üzrə vərəm epidemiyasının stabilləşməsi meyilləri müşahidə edilməkdədir. Lakin buna baxmayaraq, son illərdə vərəmin mövcud dərman preparatlarına davamlı olan yeni forması yayılmağa başlayıb. 93 ölkədə bu forma qeydə alınıb. Vərəmin bu forması daha çətin və uzunmüddətli müalicə tələb edir.

Dinləmələrdə məruzə ilə çıxış edən komitə üzvləri Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər, qəbul edilən sənədlər və qarşıda dayanan vəzifələr barədə məlumat veriblər. Bu xəstəliyin kökünün kəsilməsi üçün bölgələrdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.

İclasda çıxış edən Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı dinləmələri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu xəstəliyin qarşısının alınması onun nəticələrini aradan qaldırmaqdan asandır. Bunun üçün təkcə həkimlər yox, vətəndaşlar özləri də diqqətli olmalıdırlar. Təklif olunub ki, nikaha daxil olan vətəndaşlardan müayinəsi tələb olunan xəstəliklərin siyahısına vərəmin müayinəsi də əlavə edilsin.

Dinləmələrdə çıxış edən deputatlar Musa Quliyev, Qənirə Paşayeva, Rəşad Mahmudov, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri, tibb mütəxəssisləri vərəmlə mübarizə barədə fikirlərini bildirib, təkliflərini veriblər. Çıxışlarda Azərbaycanda vərəm xəstəliyi ilə bağlı qeydiyyatdan yayınmaya görə məsuliyyətin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müalicə etməməlidirlər.

Dinləmələrə yekun vuran səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov aparılan müzakirələrin faydalı olduğunu qeyd edib. Bildirib ki, komitə bununla bağlı qanunvericiliyə dair veriləcək təklifləri müzakirə etməyə hazırdır.

Sonra iclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Məsələ barədə məlumat verən Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanov bildirib ki, təklif olunan dəyişikliklər Prezidentin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən hazırlanıb və müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət edir.

Deputatlar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər və layihəni Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Milli Məclisdə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib