Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın qızlardan ibarət gənc taekvondoçuları da Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Prezident Kubokunda mübarizə aparacaqlar.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın baş məşqçiləri Məmməd Abdullayevlə Sun Mi Park yarışda Gülü Zamankı (42 kiloqram), Xuraman Cavadzadə, Humay Dadaşova (hər ikisi 44 kiloqram), Nilufər Borji (46 kiloqram), Seyidxanım Məmmədova (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram) və Bahar İbrahimovaya (63 kiloqram) şans verəcək. Taekvondoçular aprelin 28-də dayanq üzərinə çıxacaqlar.
Prezident Kubokunda ölkəmizi hakim kimi Gündüz Abdullayev təmsil edəcək.
Komanda səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədovun rəhbərliyi altında yollanıb.
Qeyd edək ki, yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Prezident Kubokunun ilk günündə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]