DÜNYA


Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub

Bakı, 19 avqust, AZƏRTAC 

İŞİD terror təşkilatının üzvləri Suriyanın İraq ilə sərhədi yaxınlığındakı Deyrizor şəhərində ölkənin ən böyük neft yatağını ələ keçirmək üçün ABŞ əsgərlərinə hücum ediblər.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, terrorçular bomba yüklü nəqliyyat vasitələri ilə ABŞ əsgərlərinin bazalarına hücum ediblər.

Hücumun qarşısını almaq üçün ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri terrorçulara havadan zərbələr endiriblər.

Silahlı qarşıdurma nəticəsində İŞİD üzvlərindən bir çoxu məhv edilib. Bununla yanaşı, bir mülki şəxs həlak olub, beşi isə xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.