Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanın üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, kişilərin mübarizəsində Balabəy Ağayev (60 kiloqram) qızıl mükafat uğrunda güləşəcək. O, yarımfinalda fransalı Sedrik Revola qalib gəlib. İdmançı həlledici görüşdə Fransisko Qarriqos (İspaniya) ilə üz-üzə gələcək.
B.Ağayevin 1/4 finalda məğlub etdiyi digər Azərbaycan cüdoçusu Turan Bayramov (60 kiloqram) bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. O, türkiyəli Salih Yıldızı sınağa çəkəcək.
Qadın cüdoçulardan isə Aydan Vəliyeva (52 kiloqram) 3-cü yer uğrunda görüşdə Reka Puppla (Macarıstan) görüşəcək.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov (66 kiloqram), Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram) və Açelya Toprak (57 kiloqram) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]