Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”

Bakı, 22 aprel, AZƏRTAC

İsraildə çıxan nüfuzlu “Israel Hayom” qəzetində “Azərbaycan müqəddəs Odlar Yurdudur” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC həmin məqaləni təqdim edir.

Gözəl Bakı şəhərinin küçələrinə ekskursiya sizi Qafqazın guya Qərbin şərq hissəsi olması barədə fikirlərdən yayınmağa məcbur edəcək. Gələn həftə Azərbaycan paytaxtında Formula 1 yürüşləri keçiriləcək. Şəhər bu mühüm beynəlxalq idman tədbirinə hazırlaşır. Bakıda olduğumuz bir neçə saat müddətində burada müasir memarlıq nümunələri olan gözəl binaları, böyük sarayları, işıqlandırılmış geniş prospektləri gördük, bir də bunu yəqin etdik ki, Bakıdakı kafe və barlarda qiymətlər Azərbaycana səfər edən hər bir israilli turist üçün münasibdir.

Biz, israilli jurnalistlər buraya Azərbaycanın son 30 ildə üzləşdiyi ərazi münaqişəsinin nəticələrini öz gözlərimizlə görmək, vəziyyətlə yaxından tanış olmaq və onu anlamaq üçün gəlmişdik. Adının mənası “Odlar Diyarı” olan, işğaldan əziyyət çəkən bu ölkənin həqiqətən çox mürəkkəb vəziyyətdə olmasını yəqin etdik.

Bakı: harmoniyadan münaqişənin mərkəzinə doğru

Biz möhtəşəm Heydər məscidinə gəldik. Məscidin 4 minarəsinin hündürlüyü 95 metrdir. Bu memarlıq möcüzəsinin üstünə günəş işığı düşəndə Kainatda həyatın fövqündə dayanan dinin qüvvəsini duymamaq çətindir. Məscid ölkənin ümummilli lideri, Azərbaycanın əfsanəvi Prezidenti Heydər Əliyevin şərəfinə belə adlanıb. Üç mərtəbədən ibarət olan məsciddə eyni zamanda 3500 nəfərin, o cümlədən qadınların da ibadət etmələri üçün şərait yaradılıb. Məscidə daxil olan kimi dərhal diqqəti cəlb edən böyük xalçanın sahəsi 900 kvadratmetrdir. Lakin bizi ən çox heyrətləndirən bu xalça deyil, dünyanın heç bir yerində tayı-bərabəri olmayan bu gözəl ölkəyə xas olan nadir dini harmoniya oldu.

Məscidin girəcəyində bizi iki imam – Hafiz Abbasov (şiə) və Axund Rauf (sünni), habelə digər dini konfessiyaların yüksəkrütbəli nümayəndələri, o cümlədən dağ yəhudilərinin rəhbəri və Alban-katolik kilsəsinin başçısı qarşıladı. Azərbaycanlılar haqlı olaraq çox fəxr edirlər ki, onların ölkəsi islam aləmində dinin dövlətdən tamamilə ayrıldığı ilk dünyəvi parlament dövlətidir.

Bütün dinlərin nümayəndələri arasında bu cür harmoniya mövcuddur (ölkədə rəsmi qeydiyyata alınmış 955 dini qurum fəaliyyət göstərir). Bu, həm qəribə, həm də tamamilə məntiqəuyğundur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov deyir: “Burada harmonik dini və milli tolerantlığın səbəbi ondan ibarətdir ki, Azərbaycan həmişə nadir multikulturalizm məkanı olub. Müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycanda bir sıra millətlərin və dinlərin nümayəndələri yaşayır, multikulturalizm siyasəti isə rəsmi dövlət siyasəti səviyyəsinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev bütün dinlərin nümayəndələrinə eyni münasibət bəsləyir. Onun yürütdüyü müdrik siyasət xalqlar və konfessiyalar arasında birliyə, sülhə və əmin-amanlığa şərait yaradır”.

Biz Bakını, onun işıqlı gecələrini arxada qoyub, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin sərhədinə - “Odlar Yurdu”nun ürəyində qanlı yaraya çevrilmiş, onu fiziki baxımdan iki hissəyə bölən əraziyə üz tutduq.

Yeknəsəq mənzərə, ucsuz-bucaqsız qara torpaq, bir neçə kənd, yol boyunca stansiyalar, yolların kənarında otlayan ev heyvanları və hər şeydən əvvəl uzaqda görünən, sanki qorxu saçan dağlar...

1988-ci ildə hələ Sovet İttifaqı dağılana qədər yaranmış hərc-mərclikdə Cənubi Qafqaz ərazisində erməni və azərbaycanlı əhali arasında münaqişə yarandı. Danılmaz tarixi faktdır ki, 250.000 azərbaycanlı Ermənistandan qovuldu. 1992-ci ilin fevralında erməni silahlı dəstələri Azərbaycanın Xocalı şəhərində qanlı qırğın törətdilər və bir gecədə bu şəhərin 613 dinc sakinini məhv etdilər. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan 750.000 azərbaycanlı öz doğma yurdundan qovuldu.

Tərtər rayonu: Sərhəddə qüssəli əhval-ruhiyyə

Azərbaycanın işğal edilmiş əraziləri ilə sərhədə dörd kilometr qalmış bizi Tərtər rayonunun başçısı Müstəqim Məmmədov qarşıladı.

M.Məmmədov bildirdi ki, hərbi əməliyyatlar dövründə hər tərəfdən atılan raketlər Tərtərə düşürdü. Bu sözləri eşidəndə biz özümüzü İsraildə olduğu kimi hiss etdik.

Rayon rəhbəri bizi ermənilərin İrandan və Türkiyədən Azərbaycan ərazisinə köçürülməsinin 150 illiyi münasibətilə özlərinin ucaltdığı “Marağa” abidəsinin yanına apardı. Rus-İran müharibəsində qalib gəlmiş Rusiya həmin müharibədən sonra erməniləri kütləvi şəkildə Azərbaycan ərazisinə köçürmüşdü. Ermənilərin çox hissəsi Azərbaycanın bu qədim bölgəsinin dağlıq hissəsində məskunlaşdırıldı.

Bu hadisələr bir sıra təkzibolunmaz faktlarla dönə-dönə təsdiqlənir. Belə faktlardan biri 1978-ci ildə Qarabağın Ağdərə rayonunun Marağa kəndində ermənilərin İrandan bu kəndə köçürülməsinin 150 illiyi şərəfinə qoyulmuş abidədir. Ermənilər buradan gedəndə bu tarixi abidəni dağıdıblar.

Tarixi ədalət hissi azərbaycanlılar üçün güc mənbəyidir. Onlar Ermənistanla münaqişə barədə ürəkağrısı ilə danışırlar. Bizim səfərimiz zamanı onlar öz ölkəsinin tarixi, o cümlədən Makedoniyalı İsgəndərin bu regiona yürüşü barədə bizə məlumat verdilər. Onların söhbətlərindən öyrəndik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində Tərtər çayı üzərində tikilmiş Sərsəng su anbarı 560 min kubmetrə qədər su tutur. Bu, regionda ən böyük su anbarıdır. Sovet dövründə bu resurslar kənd təsərrüfatı təyinatlı 130 min hektara yaxın torpağın suvarılması üçün ayrılırdı. 1992-1994-cü illər müharibəsi dövründə su anbarına sahib olmaq uğrunda qanlı döyüşlər nəticəsində Ermənistan bu ərazini işğal etdi. Hazırda Ermənistan bu su anbarına nəzarət edir və azərbaycanlı fermerlərin, onların kənd təsərrüfatı təyinatlı torpaqlarının su təchizatını məhdudlaşdırır. İşğal nəticəsində burada kənd təsərrüfatı kəskin şəkildə azalıb. Azərbaycan hökuməti böhranın qarşısını almaq üçün bu regionda kənd təsərrüfatını iqtisadi cəhətdən stimullaşdırır, bu sahənin inkişafı üçün zəruri subsidiyalar ayırır. Azərbaycanlı fermerlər Sərsəng su anbarından alınmalı suyun əvəzinə öz torpaqlarını artezian suyu ilə suvarırlar. Bu isə heç də asan başa gəlmir.

Münaqişənin Azərbaycana vurduğu iqtisadi zərbə göz qabağındadır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla söhbətdən anladım ki, ölkənin neft-qaz sahəsindən əldə etdiyi mənfəət sayəsində ucuz kənd təsərrüfatı məhsulları istehsalı üçün böyük məbləğdə sərmayələr qoyulur. Nazir, ilk növbədə, su ehtiyatlarının idarə edilməsi sahəsində İsrailin texnoloji imkanlarına heyran olduğunu bildirdi.

Tərtər rayonunun başçısından soruşdum ki, gənclər bu aqrar periferiyanı tərk edib böyük şəhərlərə köçürlərmi? Müstəqim Məmmədov dedi: “Burada sizin Bakıda gördüklərinizin hamısı, hətta ondan da artığı var”.

Həsənqaya kəndinə gedirik. 2016-cı ildə dördgünlük aprel müharibəsi ərəfəsində erməni silahlı dəstələri tərəfindən artilleriya atəşləri nəticəsində bu kəndin sakini, 16 yaşlı Turanə Həsənova həlak olub. Hələ bütün həyatı irəlidə olan gənc qız erməni işğalçılarının törətdiyi vəhşiliyin qurbanı olub. Turanənin valideynləri ilə görüşdük. Onlar bu barədə ürəkağrısı ilə danışdıqca, gözlərində kədər duyulur. Turanənin qardaşını göstərdilər. 32 yaşlı Azad Həsənov qoşunların təmas xəttində piyadalar əleyhinə minaya düşüb, onun ayağını amputasiya etməli olublar. Ətürpədici xarabalıqları görəndə öz doğma torpaqlarından qovulmuş insanların keçirdiyi hissləri başa düşürük.

Lələtəpə: iki dağ arasında

“2016-cı il aprelin əvvəlində ermənilər, həmişə olduğu kimi, gecə vaxtı cəbhə xəttində növbəti provokasiya törətdilər, lakin bu dəfə biz onlara daha artıq qüvvə ilə və sərt cavab verməyi qərara aldıq”, - bu sözləri mayor Tahir dedi. Bizim görüşdüyümüz əsgərlərin çoxundan fərqli olaraq, inamla gülümsəyən mayor sözünə davam etdi: “Bizim azad etdiyimiz Lələtəpə yüksəkliyi Horadiz yaşayış məntəqəsini, bu şəhərin ətrafındakı ərazini, daha sonra Füzuli istiqamətini müşahidə etmək, atəş nəzarəti altında saxlamaq imkanını təmin edir, mühüm dəmiryol qovşağı olan Horadizin düşmən tərəfindən atəşə tutulması təhlükəsini aradan qaldırır, düşməni öz qüvvələrini gizli şəkildə cəmləşdirmək və bu istiqamətdə irəliləmək imkanından məhrum edir”.

Lələtəpə əməliyyatının azərbaycanlılar üçün əhəmiyyəti bütün israillilər üçün qürur mənbəyi olan Hermon dağının İsrail tərəfindən tutulması uğrunda döyüşlə müqayisə edilə bilər.

Lələtəpədə əsgərlərlə bərabər əyləşib təzə dəmlənmiş tünd Azərbaycan çayını dadlı mürəbbə ilə içirik. Bu, elə bir mərasimdir ki, Azərbaycanda heç bir ev sahibi sizi onsuz buraxmaz. Əyləşib bu vadiyə baxdıqca başa düşürəm ki, Lələtəpə yüksəkliyi geniş bir ərazini nəzarətdə saxlamağa imkan verir. Labirintə oxşayan relyef, təbii maneələr və sərt süni döngələr hətta təzəcə yapon cipi ilə də bu dar yolla dağa qalxmağı çətinləşdirir. 1993-cü ildə ermənilər bu yüksəkliyi ələ keçirmiş, orada az qala alınmaz bir mövqe yaratmışdılar.

Amma azərbaycanlı əsgər və zabitlər bu möhkəmlədilmiş kompleksi 20 dəqiqə ərzində azad etdilər və buna görə haqlı olaraq qürur hissi keçirirlər. Ətrafdakı ərazinin topoqrafiyası belə düşünməyə əsas verir ki, həmin əsgər və zabitlər öz ölkələrinin superqəhrəmanları olublar. İsrail Müdafiə Ordusunun nümayəndəsi kimi mən də Azərbaycan əsgərlərinin rəşadətinə heyran oldum. O vuruşmanın necə baş verdiyini, azərbaycanlı superqəhrəman əsgərlərin ermənilərin möhkəmlədilmiş forpostunu ələ keçirməyə necə nail olduqlarını anlamağa çalışıram. Xeyli sonra öyrəndim ki, xarici KİV-lərin yazdıqlarına görə, azərbaycanlı cəsur əsgərlərin bu döyüşdə göstərdiyi qəhrəmanlığa İsrail hərbi texnologiyası kömək edib, amma heç kəs bu barədə danışmağı xoşlamır.

Aşağı Əbdürrəhmanlı

Bu kənddə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyevlə görüşdük. O, bizi özünün doğulduğu, sonradan ermənilər tərəfindən dağıdılmış kəndə aparmağı təklif etdi. Çöhrəsindən nur yağan bu yaşlı insan danışdıqca kövrəlirdi: “Burada mənim məktəbim olub, burada mənim evim olub, həyat yoldaşımın valideynlərinin evi burada olub, uşaq vaxtı burada futbol oynayırdıq”. Yamyaşıl təpəliyə çatanda isə sözünə davam etdi: “Burada atamın vəsiyyətini yerinə yetirmişəm. O, öləndə öz kəndimizdə, öz torpağımızda dəfn olunmasını vəsiyyət etdi. Mənə dedi: “Oğlum, Azərbaycan torpaqlarının azad edilməsi prosesi başlanıb və inanıram ki, yaxın gələcəkdə torpaqlarımızın hamısı azad ediləcək, məni öz kəndimizdə dəfn et”.

Viran edilmiş kəndi gəzirik, dağıdılmış evləri, məktəbləri, uçurulmuş, eybəcər hala salınmış məzar daşlarını gördük. Bu, dəhşətdir: Erməni snayperlər hətta ölülərə də atəş açırlar. Bizi müşayiət edən əsgərlər Umuda təlimat keçirlər, əyilməsini məsləhət görürlər. Lakin emosional Umud əyilmir və məzarın qarşısında dayanaraq, öz torpağına, ulu babasının, babasının və atasının torpağına, öz ölkəsinə və Azərbaycan xalqına sadiq qalacağını bildirir.

Cocuq Mərcanlı

“Mən qəhrəman deyiləm, mən burada ona görə qalmışam ki, bu, mənim torpağımdır. 1994-cü ildən 2016-cı ilə qədər erməni silahlı dəstələri demək olar ki, hər gün bizim kəndi atəşə tuturdu. Sakinlər başa düşürdülər ki, bu, döyüş patronlarından istifadə etməklə aparılan psixoloji müharibədir. Lələtəpə postundakı ermənilər bu məşhur Cocuq Mərcanlı kəndini öz əsgərləri üçün canlı poliqona çevirmişdilər”, - Oqtay adlı həmsöhbətim təvazökar olsa da, burada əsl qəhrəmandır.

Yaranmış mürəkkəb şəraitdə kəndin 1000 nəfərdən çox sakini müvəqqəti olaraq evlərini tərk edib daha təhlükəsiz yerlərə köçdülər. Təxliyə olunmaqdan imtina etmiş sonuncu sakin bizim qəhrəman Oqtay olub. O, 22 il ərzində həyatı üçün daimi təhlükəyə baxmayaraq, öz torpağında qalıb işləyib, uşaqlarını tərbiyə edib, fermer təsərrüfatı yaradıb. Onun uşaqları uzaq bir kənddəki məktəbə gediblər. Mən maraqlandım: Oqtayın uşaqlarının dostları Tanrının unutduğu bu kimsəsiz kəndə, bu uşaqlarla oynamağa gəlirdilərmi? Oqtay istehza ilə gülümsədi: “Uşaq – uşaqdır, əlbəttə gəlirdilər”. Lələtəpə yaxınlığındakı döyüşdə erməni işğalçı qüvvələri tam məğlubiyyətə uğrayandan sonra Azərbaycan hökuməti, Azərbaycan dövləti bu kəndi bərpa edib. Nəticədə gözəl, mən deyərdim ki, fantastik bir kənd əmələ gəlib.

Bu kənd keçmişi illüstrasiya edən çox yaxşı bir nümunədir. Yerli məktəbin divarlarını döyüş əməliyyatları zamanı bu kəndin azad edilməsi uğrunda canlarından keçmiş milli qəhrəmanların fotoşəkilləri bəzəyir. Mən burada başa düşdüm ki, bizim – israilli jurnalistlərin bu kəndi görməyimiz Azərbaycan xalqından ötrü nə üçün bu qədər vacib imiş. Ona görə ki, bu gün bu insanların tarixini sovet dövrünün külündən baş qaldırmış və öz gələcəyini bərpa edən simurq quşu kimi canlı hekayətdən əhəmiyyətli heç nə yoxdur.

Bütün böyük Azərbaycanda yaşayan qaçqınların və məcburi köçkünlərin başına gələnləri İsrail-Fələstin münaqişəsi ilə müqayisə etsək, dünyamızın riyakarlığını hiss etməmək çətindir. Fələstinlilər öz ulu nənələrinin və ulu babalarının evlərinin paslı açarlarını əldən buraxmır, dünya mətbuatı bu barədə gen-bol yazır, azərbaycanlılar isə çox şey istəmir – təkcə dünyadan diqqət umurlar. Onlar istəyirlər ki, Azərbaycan ərazilərinin işğal edilməsi, Dağlıq Qarabağdan və Azərbaycanın bu bölgəyə bitişik 7 rayonundan olan bir milyon qaçqının və məcburi köçkünün problemləri barədə dünyada bilsinlər.

Daha vacibi, azərbaycanlılar istəyirlər ki, dünyada həm Azərbaycan xalqının üzləşdiyi fəlakətə, həm də işğaldan azad olunmuş ərazilərin bərpasının dövlət tərəfindən təmin edilməsinə, xüsusən xalqlar arasında nifrət hissini kəskinləşdirmədən millətlərarası münaqişəni həll etmək cəhdinə dünyada diqqət yetirsinlər.

Azərbaycanlı dostlarımız qürurla danışırlar ki, ermənilər tərəfindən aparılmış etnik təmizləməyə, Ermənistandakı və Dağlıq Qarabağdakı bütün məscidlərin dağıdılmasına baxmayaraq, azərbaycanlılar bu ölkədə yaşayan erməniləri nəinki qovmayıblar, hətta İçərişəhərin yaxınlığında, Bakının lap mərkəzində yerləşən erməni kilsəsini bərpa və təmir ediblər. Biz şəxsən bunun şahidi olduq.

Cocuq Mərcanlı məktəbinin direktoru Zamin Həziyev dedi: “Mənim torpağımı işğal etmiş erməni əsgərinə nifrət edirəm, lakin mənim qəlbimdə bütövlükdə erməni xalqına qarşı nifrət hissi yoxdur”.

Görəsən bütün bunların axırı nə olacaq? Biz səfərdə olduğumuz müddətdə Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub. Belə məlum olur ki, azərbaycanlılar münaqişənin davam etməsini istəmirlər.

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert Arye Qut Azərbaycanın mövqeyini belə izah edir ki, diplomatlar söz oyunu oynayırlar. O deyib: “Azərbaycan ərazisinin 20 faizdən çoxunun erməni işğalı altında olması danılmaz faktdır. Bu, qeyri-qanuni işğaldır. BMT Təhlükəsizlik Şurası həmin ərazilərin Ermənistan tərəfindən işğal olunmasını və nəzarətdə saxlanmasını pisləyən dörd qətnamə qəbul edib.

Beynəlxalq təşkilatlar Ermənistan Respublikasını öz qoşunlarını Dağlıq Qarabağdan və Azərbaycanın bu bölgəyə bitişik 7 rayonundan çıxarmağa çağırırlar. Buna baxmayaraq, erməni qüvvələri Azərbaycan ərazilərinin işğalını, atəş açmağı və atəşkəs rejimini pozmağı davam etdirirlər.

Lakin Bakı bu məsələni sülh yolu ilə həll etməyə çalışır. Hamı çox gözəl başa düşür ki, dilənçi vəziyyətində olan yoxsul Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənib. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları isə göstərir ki, onlar narahatdırlar, qorxu və vahimə içindədirlər”.

Sərhəd zonasında yerləşən Tərtər rayonundan olan gənc məktəblinin dedikləri də israilli ekspertin bu sözlərini təsdiq edir. Mən həmin məktəbli ilə görüşərkən o, kamal attestatı almaq üçün imtahan verməli idi. Bu münaqişənin nə ilə başa çatacağı barədə onun fikrinı soruşanda həmin şagird belə cavab verdi: “Biz başqasının torpaqlarına göz dikməmişik. Ermənistanın işğal etdiyi torpaqlar bizim torpaqlardır və biz bu torpaqlardan heç vaxt imtina etməyəcəyik. Lazım gəlsə, biz vuruşacağıq və sonda ermənilər təslim olacaq və ya çoxlu qan töküləcək”.

Bakı ilə vidalaşma: demokratiya yolunda

Azərbaycanlılar regionda yaranmış geosiyasi mənzərəni çox yaxşı dərk edir və başa düşürlər. Biz səfərdə olduğumuz müddətdə İsrailin Azərbaycanı dəstəkləməsinə görə səmimi minnətdarlıq sözlərini eşitdik. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüş zamanı da eşitdik. O dedi: “Azərbaycan İsraili özünə dost ölkə və strateji tərəfdaş hesab edir. Bu günlərdə İsraildə növbədənkənar parlament seçkiləri keçirildi. Fəaliyyətdə olan baş nazir Binyamin Netanyahu beşinci dəfə seçkilərdə qalib gəldi və hökumətə başçılıq etdi. Biz İsrail xalqının seçiminə böyük hörmətlə yanaşırıq. Netanyahu 1997-ci ildə İsrailin Azərbaycana səfər etmiş ilk yüksəkvəzifəli məmuru olub və Heydər Əliyev ilə görüşüb.

İsrailin baş nazirinin bu tarixi səfərindən sonra ölkələrimiz arasında xüsusi strateji münasibətlər yaranmağa başlayıb. 2016-cı ilin dekabr ayında Binyamin Netanyahu Azərbaycana ilk rəsmi səfər edib və bununla Bakının və Təl-Əvivin daha da yaxınlaşması kursunu nümayiş etdirib. Biz İsrail hökumətinin başçısına böyük hörmət və ehtiramla yanaşırıq. Binyamin Netanyahunun ölkəmizə və bizim Prezidentə necə səmimi insani hörmət bəslədiyini bilirik.

Bu gün Azərbaycan ilə İsrail arasında münasibətlər bütün istiqamətlərdə uğurla inkişaf edir. Onu da qeyd etmək istəyirəm ki, hazırda İsraildə istifadə olunan neftin 65 faizi Azərbaycandan gəlir. Azərbaycan isə İsraildən yüksək texnologiya məhsullarının ən vacib alıcısıdır.

Biz İsrail ilə Azərbaycanın bütün sahələrdə münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi istiqamətində işimizi bundan sonra da davam etdirəcəyik”.

Azərbaycanın paytaxtı Bakıda sonuncu görüşümüz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə oldu. Cənab Hacıyev görüşdə bizə XXI əvvəlində Azərbaycanın nadir statusu və ölkələrimiz arasında münasibətlərin strateji əhəmiyyəti barədə danışdı.

O dedi: “1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra İsrail ilə Azərbaycan arasında xüsusi münasibətlər yarandı. İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri oldu. Bizim iqtisadi, siyasi, hərbi, mədəni və ticari münasibətlərimiz çox gözəldir. Təl-Əvivdən Bakıya birbaşa aviareyslər açılması sübut edir ki, ölkələrimiz arasında yaxşı sabit münasibətlər var. Pesax bayramı ərəfəsində bir gün ərzində Təl-Əvivdən Bakıya istirahət üçün 1000 nəfər israilli turist gəlib. Onlar Azərbaycan Hava Yollarının xidmətlərindən istifadə ediblər.

Azərbaycanda həyata keçirilmiş demokratik dəyişikliklər barədə sualımızın cavabında Hikmət Hacıyev haqlı olaraq deyir: “Biz demokratik dövlətə çevrilmək yolundayıq. Heç də hər bir ölkə eyni demokratik modelə uyğun gəlmir. Bizim demokratiyanın cəmi 27 yaşı var. Demokratiya bir növ şüurların yarışıdır. Mülki hüquqlara, dini hüquqlara, siyasi hüquqlara nəzər salsanız görərsiniz ki, Azərbaycan bəzən onun imicinə ədalətsiz münasibətə görə əziyyət çəkir. Buna görə də biz buraya gələn, ölkəmizlə tanış olan, onun problemlərini anlayan, onları obyektiv qiymətləndirən və həqiqəti yaxından görən insanları yüksək qiymətləndiririk”.

Hikmət Hacıyev Bakıda koşer restoranı açılması barədə şövqlə danışdı. Qeyd etdi ki, kənd təsərrüfatından, təbabətdən başlamış müasir silahlara qədər İsrailin Azərbaycana təqdim etdiyi texnologiyalar çox vacibdir.

Hikmət Hacıyev deyib: “Bu geosiyasi xəritədə Azərbaycan öz yerindədir, mən həmişə zarafatla deyirəm ki, xəritəyə fikir versəniz mənim ölkəm Şərqdən Qərbə uçan quşa oxşayır və əgər siz həmin quşun bir qanadını qırsanız o uçmayacaq. Buna görə də deyirik ki, bizə hər iki qanad lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO