DÜNYA


Şri-Lankada törədilmiş terror aktlarında ölənlər arasında İsveçrə vətəndaşları da var

Sürix, 23 aprel, AZƏRTAC

Aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarında həlak olanlar arasında İsveçrə vətəndaşlarının da olduğu müəyyən edilib.

AZƏRTAC İsveçrənin gündəlik “Neue Zürcher Zeitung“ qəzetinə istinadla xəbər verir ki, müxtəlif məkanlarda baş verən partlayışlarda ölənlərdən azı 37-si əcnəbi vətəndaşlardır. İsveçrənin Xarici İşlər Departamenti onların arasında İsveçrənin iki vətəndaşının olduğunu təsdiqləyib. Həmçinin biri İsveçrə olmaqla üç ölkənin vətəndaşlığına mənsub bir nəfər də həlak olanlar arasındadır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Sürix

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.