İDMAN


Voleybol üzrə Azərbaycan millisi Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycanın gənc oğlanlardan ibarət voleybol yığması iyulun 21-dən 27-dək paytaxt Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalın iştirak edəcək.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, komandamızın oyunçusu Mais Verdizadə festivala hazırlıq prosesindən danışıb. O deyib: “Bildiyiniz kimi, bu il festivalda çıxış edəcək komandamız Azərbaycan çempionatında U19 yığması adı altında iştirak edib. Doğrusu, festivala hazırlıqlara elə çempionatda iştirakımızla başlamışdıq. Çempionatdan sonra festivala hazırlıq mərhələsində bir neçə yoldaşlıq görüşü keçirdik. Yarışların başlamasına çox az vaxt qalıb. Komandamızda yüksək əhval-ruhiyyə var. Rəqiblərimiz bəllidir, biz də məşqlərimizi rəqiblərimizin oyun taktikalarına uyğun olaraq keçiririk. Ölkəmizin belə mötəbər yarışa ev sahibliyi etməsinin biz idmançılar üçün müsbət tərəfləri çoxdur. Biz doğma meydanda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Bunun böyük məsuliyyət olduğunu anlayırıq. Çalışacağıq ki, gözəl oyun göstərək”.

Qeyd edək ki, yığma komandamız A qrupunda Belarus, Almaniya və Rusiya milliləri ilə mübarizə aparacaq. B qrupunda isə Bolqarıstan, İtaliya, Çexiya və Belçika milliləri çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.