REGİONLAR


Xırdalanda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilib

Xırdalan, 7 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xırdalan şəhərində “Narkotik maddələr-tələdir” adlı seminar-təlim keçirib. Tədbir “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması” layihəsi çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, seminar-təlimi açan Abşeron Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Abdullayev dövlətimizin gənclərə qayğısından, ölkəmizdə sağlam həyat tərzinin təbliğindən, əsrimizin faciəsi olan narkomaniyaya qarşı dövlət qurumlarının həyata keçirdikləri mübarizə tədbirlərindən danışıb.

Layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev ölkəmizdə 2019-2024-cü illər üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının” həyata keçirilməyə başladığını diqqətə çatdırıb.

Daha sonra təlim haqqında danışan layihənin eksperti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib, beynəlxalq təcrübə və informasiya sahəsində regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulub.

Təlim iştirakçılar tərəfindən böyük diqqətlə dinlənilib və diskussiyalar aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.