REGİONLAR


Qusarda avtomobilin qaz xəttini zədələməsi nəticəsində 600-dən çox abonent qazsız qalıb VİDEO

Qusar, 14 avqust, Elxan Yusifli, AZƏRTAC 

Qusar rayonunda qəzaya uğrayan minik avtomobili Balaqusar və Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini zədələyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 13-ü axşam saatlarında 10-VU-027 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə elektrik dirəyinə sonra isə qaz xəttinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Amma qaz xəttinin ciddi zədələnməsi səbəbindən kəndlərdə, ümumilikdə, 615 abonentin “mavi yanacaq”la təhcizatında fasilə yaranıb.

Hazırda “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının əməkdaşları tərəfindən qaz xəttinin təmir-bərpa işləri həyata keçirilir. Qısa müddətdə qaz təhcizatı bərpa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.