CƏMİYYƏT


İsti hava şəraiti ilə əlaqədar sürücülərin iş və istirahət rejiminə nəzarət gücləndirilib

Bakı, 26 avqust, AZƏRTAC

Havaların isti keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarəti gücləndirib. Bu məqsədlə DYP rəhbərliyinin göstərişi ilə postlarda təmin edilən şəraitdən istifadə üçün sürücülərə və sərnişinlərə imkan yaradılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən idarə edən sürücüləri DYP postlarında saxlayaraq, onların qısamüddətli istirahət etmələrinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Sürücülərlə yanaşı, sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur.

DYP digər sürücülərə də tövsiyə edir ki, stasionar postlarda yaradılan bu şəraitdən yararlansınlar, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirsinlər. Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.