ELM VƏ TƏHSİL


Müəllimlər İsraildə “STEAM” təlimində

Bakı, 6 dekabr, AZƏRTAC

Təhsil Nazirliyinin “ORT İsrael” məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 50 nəfər təhsil mütəxəssisinin İsrailə səfəri davam edir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində İsraildən olan mütəxəssislər tərəfindən STEAM mövzusundakı proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun ölkəmizdən olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı müəllimlərə metodik dəstək göstərilir. Müəllimlər PBL (Project Based Learning – Layihə Əsaslı Öyrənmə), mobil öyrənmə, nanotexnologiya, refleksiya, eləcə də digər metod və vasitələrdən istifadə etməyi öyrənirlər.

24 günlük təlim çərçivəsində ORT Tiv`, Kfar-Galim, ORT Kiryat Motzkin, ORT Achva Gilboa məktəblərinə infoturlar təşkil edilib. Məktəblərdə “High Tech” və “Low Tech” laboratoriyaları da fəaliyyət göstərir. Həmin məktəblərdə əsas fənlərdən əlavə elektronika, kompüter texnologiyaları, robotexnika və aqrotexnologiyalar tədris olunur.

Həmçinin mütəxəssislər üçün Tel-Əviv Elm Muzeyinə ekskursiya təşkil olunub. Muzeyin elektrik mühəndislik laboratoriyasında müəllimlər kiçik layihələr üzərində işləyiblər. Təlimə qatılan müəllimlər “Personal Practice” və “Escape Box” kvest texnologiyalar seminarlarında iştirak ediblər.

STEAM (Science, Technology, Engineering, Art and Mathematics) təlimi dekabrın 10-a kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.