ELM VƏ TƏHSİL


AMEA-nın aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib

Bakı, 23 may, AZƏRTAC 

AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatı və Azad Həmkarlar İttifaqı (AHİ) tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə AHİ-nin Rəyasət Heyətinin üzvü Şəhla Əmirova çıxış edərək ölkə rəhbərliyi tərəfindən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz addımların atıldığını bildirib. Qeyd edib ki, verilmiş uzaqgörən qərarlar və xüsusi karantin rejiminin elan edilməsi nəticəsində ölkəmiz bu prosesdən az itki ilə çıxıb. O həmçinin pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək vermək məqsədilə bir sıra tədbirlərin icra edildiyini söyləyib və bugünkü yardım aksiyasının ölkədə aparılan siyasətin məntiqi davamı olduğunu vurğulayıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri Gülarə Əmirova çıxış edərək əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb, onları Ramazan bayramı və 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Sonda sosial məsafə gözlənilməklə AMEA Rəyasət Heyətinin və Akademiya şəhərciyinin 120-yə yaxın texniki, gözətçi və sanitar işçisinə ərzaq yardımı paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.