DÜNYA


İranın Ali Rəhbəri Ramazan bayramı münasibətilə əlaqədar əfv fərmanı imzalayıb

Tehran, 24 may, AZƏRTAC

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri İbrahim Rəisi 3721 məhkumun əfv olunması ilə əlaqədar Ali Rəhbər Ayətullah Əli Xamneyiə müraciət edib.

AZƏRTAC xəbər verir ki, İranın Ali Rəhbəri müraciətə müsbət cavab verərək Ramazan bayramı münasibətilə əfv fərmanı imzalayıb.

Fərmana əsasən bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə məhkumluq müddəti azaldılıb.

Yerli mətbuatın yazdığına görə azadlığa buraxılanlar arasında hərbi cinayətlərlə həbs olunanlar da var.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.