CƏMİYYƏT


BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi Respublika Günü ilə bağlı ədəbi-musiqili kompozisiya hazırlayıb

Bakı, 28 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi 28 May - Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “İstiqlaliyyət” mahnısı və Universitetin əməkdaşı Nigar Qayyumun ifasında Bəxtiyar Vahabzadənin "Vətən marşı” şeiri səsləndirilb.

Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.