İDMAN


Danilo Petruççi cari ilin sonunda “Ducati”dən ayrılacaq

Bakı, 4 iyun, AZƏRTAC

İtaliyalı motoyürüşçü Danilo Petruççi cari ilin sonunda “Ducati” komandasından ayrılacaq.

AZƏRTAC xəbər verir ki, növbəti mövsümdən “Ducati”nin şərəfini avstraliyalı Cek Miller qoruyacaq. “Ducati”nin digər üzvü Andrea Dovitsiozonun isə gələn il komandada çıxış edəcəyi sual altındadır.

D.Petruççi deyib: “Ducati” ilə əməkdaşlığa gələn il son qoyacağam. Ancaq mən MotoGP yarışlarında gücümü sınamaq istəyirəm. Bir il öncə mən ilk qələbəmi qazandım və uğurları davam etdirmək niyyəntindəyəm”.

Qeyd edək ki, növbəti mövsüm D.Petruççinin “Aprillia” komandasında çıxış edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.