Lənkəran Dövlət Dram Teatrı “Manqurt” tamaşasını onlayn nümayiş etdirəcək
AzerTAg.az
Lənkəran, 22 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrı iyunun 24-də saat 19:00-da özünün rəsmi “facebook” səhifəsində görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında Xalq artisti, rejissor Firudun Məhərrəmovun quruluş verdiyi və səhnələşdirdiyi “Manqurt” ikihissəli dramını onlayn qaydada tamaşaçılara nümayiş etdirəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, premyerası iyunun 11-də baş tutmuş bu səhnə əsərinin bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Tamaşada əsas rolları Əməkdar artistlər Təvəkkül Əliyev və Niftulla Əskərov, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev, Əlibala Əskərov, Aynur Əhmədova, Emin Fərzullayev, Elnur Əkbərov və digərləri ifa edirlər.

Xəbərin mətnində orfoqrafik səhv var