Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Azərbaycan-İsrail strateji tərəfdaşlığı” mövzusunda ilk onlayn-konfrans keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Anatoli Rafailovun təşəbbüsü, “İsraildə Azərbaycan Evi”nin təşkilati dəstəyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri Arye Qutun moderatorluğu ilə pandemiya dövründə ilk dəfə olaraq “Azərbaycan-İsrail strateji tərəfdaşlığı” mövzusunda onlayn-konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının üzvləri, Milli Məclisin deputatları Anatoli Rafailov, Asim Mollazadə, Ramin Məmmədov və şahin Seyidzadə, habelə İsrail Knessetinin deputatları – “İsrail bizim evimizdir” partiyasından Yevgeni Sova, “Yeş-Atid-Telem” partiyasından Andrey Kojinov, Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov və İsrailin Müdafiə nazirinin keçmiş müavini Efraim Sne iştirak ediblər.

“İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, tədbirin moderatoru Arye Qut konfransı açaraq qeyd edib ki, Azərbaycan Milli Məclisinin və İsrail Knessetinin deputatlarının iştirakı ilə bu səviyyədə İsrail-Azərbaycan tədbiri il dəfə keçirilir. İsrailli ekspert deyib: “Sizinlə biz tarix yazırıq – pandemiya dövründə onlayn-konfrans keçiririk. İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan-İsrail münasibətləri pozitiv xarakter daşıyır, ən yüksək səviyyədə siyasi dialoq həyata keçirilir və bu gün həmin münasibətlər əsl strateji tərəfdaşlıqdır.

Ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı sürətlə inkişaf edir və təqribən 3,5 milyard dollara təşkil edir. Əvvəllər əsas diqqət neft-qaz sahəsinə yönəlirdisə, indi bu əməkdaşlıq iqtisadiyyatın digər seqmentlərinə, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki əməkdaşlıq sahələrinə də şamil edilir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir.

Əslən Azərbaycandan olan xalq diplomatiyasının çoxsaylı nümayəndələri, o cümlədən “İsraildə Azərbaycan Evi” fəal iş aparır və respublikanı ləyaqətlə təmsil edir, Azərbaycan haqqında, onun tarixi və mədəniyyəti, həmçinin Azərbaycanın ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İsrail cəmiyyətinə çatdırır. Azərbaycan xalqının ağrısı – yəhudi xalqının ağrısıdır və əksinə. Buna görə də hər il Azərbaycanda Holokost qurbanlarının xatirə günü keçirilir, İsraildə isə Xocalı soyqırımının qurbanlarını yad edirlər”.

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının üzvləri, Milli Məclisin deputatları Anatoli Rafailov bildirib ki, Azərbaycan-İsrail qarşılıqlı münasibətləri bir sıra ölkələr üçün nümunədir. Azərbaycan Respublikası İslam dünyasında o azsaylı ölkələrdən biridir ki, həm yəhudi xalqı ilə, həm də İsrail Dövləti ilə dostluq münasibətləri qurub.

Deputat Anatoli Rafailov vurğulayıb: “1998-ci ildə İsrailin Baş Naziri Binyamin Netanyahu Bakıya qısamüddətli tarixi səfər edib. Netanyahu özü sonradan xatırlayırdı ki, həyatımda ilk dəfə Heydər Əliyevlə sübhə qədər danışıqlar aparıb. Heydər Əliyev Netanyahuya dünya miqyaslı müdrik və güclü dövlət xadimi kimi təsir bağışlayıb. Məhz Netanyahunun Bakıya bu tarixi səfərindən sonra İsrail-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edib.

2016-cı il dekabrın 13-də İsrailin Baş Naziri Binyamin Netanyahu Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar. Netanyahu həmin görüşdə qeyd edib ki, Azərbaycan və İsrail arasında, Azərbaycan və yəhudi xalqları arasında sıx, yaxın dostluq münasibətləri mövcuddur. Azərbaycanda yaşayan minlərlə yəhudi iki ölkə arasında körpü rolunu oynayır.

2016-cı ilin dekabrında Binyamin Netanyahunun Azərbaycana səfəri bu faktı bir daha təsdiq edir ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. 2016-cı ilin Aprel hadisələri sübut etdi ki, İsrail Azərbaycana siyasi-diplomatik və mənəvi dəstəklə yanaşı, çox vacib olan hərbi-texnoloji dəstək də göstərir”.

Azərbaycanlı deputatın sözlərinə görə, İsrail ilə Azərbaycanı mühüm insan amili də bağlayır. Əslən Azərbaycandan olan təqribən 80 minlik yəhudi icması İsrailə və dünyanın digər ölkələrinə köçüb gedəndən sonra da Azərbaycanı sevir və onu populyarlaşdırmaqda davam edir. Azərbaycanda yəhudilərə münasibət həmişə yaxşı olub, burada heç vaxt millətçilik və antisemitizm hiss olunmayıb.

Anatoli Rafailov deyib: “Azərbaycan dünyanın elə nadir ölkələrindən biridir ki, burada müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələrinin açıq, tolerant və azad cəmiyyətdə dinc yanaşı yaşaması üçün şərait yaradılıb. Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı unikal yerdir. Burada yəhudi dini icması fəaliyyət göstərir və yaxın vaxtlarda “Yəhudi irsi mərkəzi” açılacaq. Bu mərkəz yəhudi əsilli rusiyalı biznesmen və mesenatların qüvvəsi ilə bərpa edilib. Qod Nisanov, Zarax İliyev və German Zaxaryayev – bunlar hamısı əslən Qırmızı Qəsəbədən olmaqla bu mərkəzin tikintisinin təşəbbüskarları və sponsorlarıdır. Qırmızı Qəsəbə Azərbaycanın qürur obyektidir”.

Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, Azərbaycan İsrail ilə çoxtərəfli formatda əməkdaşlıq edir. O deyib: “Azərbaycan ilə İsrail arasında münasibətlərin təşəkkülü və inkişafı məsələsində bir mühüm amil var ki, biz dostlar və tərəfdaşlarıq, bizim strateji münasibətlərimizin əsası isə yəhudilərlə azərbaycanlılar arasında tarixi əlaqələrdir. Dost dövlətlər olan bu tərəflərin hər ikisi təhlükəsizlik və iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sfera sahələrində çox ciddi və hərtərəfli əməkdaşlıq edirlər. İsrail beynəlxalq münasibətlər sahəsində də Azərbaycana mühüm dəstək verir”.

İsrail Müdafiə nazirinin keçmiş müavini, onlayn-konfransda iştirak edən Efraim Sne tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyev ilə 1993-cü ilin dekabrında olmuş ilk görüşünü, sonrakı illərdə çoxsaylı rəsmi və şəxsi səfərlər zamanı onunla görüşlərini xatırlayanda və həmin görüşləri indiki vəziyyətlə müqayisə edəndə iki dövlətin dostluğuna görə dərin məmnunluq hissi keçirir.

Efraim Sne deyib: “Lakin Azərbaycan-İsrail münasibətləri hərbi əməkdaşlıq hüdudlarından kənara çıxmalıdır, biz dostluq və əməkdaşlıq münasibətlərimizi təkcə hərbi sahədə tərəfdaşlıqla məhdudlaşdırmamalıyıq. Ölkələrimiz arasında əməkdaşlıq yaxşı inkişaf edir, lakin mən, məsələn, mədəniyyət sahəsində, akademik institutlar səviyyəsində, habelə texnologiyalar sahəsində əlaqələrin daha da güclənməsini istərdim. Bundan ötrü bizim böyük əməkdaşlıq platformamız var və biz bütün bu imkanlardan istifadə etməyə borcluyuq”.

Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycan-İsrail strateji tərəfdaşlığını genişləndirməyin və bundan ötrü yeni imkanlar yaradılmasının zəruriliyini vurğulayıb.

Azərbaycanlı deputat deyib: “Azərbaycan ilə İsrail arasında təhsil sahəsində sıx əməkdaşlığı, İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin İnkişaf Naminə Beynəlxalq Əməkdaşlıq Agentliyinin (MAŞAV) Azərbaycanda fəaliyyətini, texnologiyalar və innovasiyalar, sahibkarlıq, biznes-inkubatorlar sahəsində iki ölkənin əməkdaşlığını genişləndirmək, Azərbaycanda yaranmış içməli su və suvarma suyu ilə bağlı problemlərə dair innovasiyalı qərarlar sahəsində təcrübə mübadiləsi aparılması zəruridir”.

Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov konfransda çıxış edərək vurğulayıb: “Əslən Azərbaycandan olan uğurlu yəhudi icması, səmərəli fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi” Azərbaycanın İsraildə müsbət obrazını formalaşdırır. Bu istedadlı, ağıllı, savadlı insanlar qısa müddətdə Azərbaycanın pozitiv imicini İsrail sakinlərinə çatdırmağa, bu ölkənin gözəl xalqı barədə söhbət açmağa nail olublar”.

Professor Yakubov deyib: “Məhz onlar bizə Azərbaycanın tolerant və multikultural xalqı barədə, Azərbaycanda yəhudi xalqının heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmaması barədə danışıblar. Azərbaycan əsilli israillilər artıq neçə illərdir ki, Azərbaycan ilə İsrail arasında möhkəm və səmərəli iqtisadi, hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edirlər.

ABŞ-ın 16-cı Prezidenti Avraam Linkoln deyirdi: “Öz gələcəyini öncədən görməyin ən yaxşı üsulu onu insanın özünün yaratmasıdır!” Gəlin əl-ələ verərək xoşbəxt gələcəyimiz üçün – bizim üçün, bizim gözəl gənclər üçün çalışaq. Biz xoşbəxt gələcək naminə hər şey edə bilərik və etməliyik! Mən qardaş Azərbaycan xalqına sülh, cansağlığı, müstəqil Azərbaycan Respublikasının rifahı naminə firavanlıq və uğurlar diləmək istəyirəm!

Knessetin “Yeş-Atid-Telem” partiyasından deputatı Andrey Kojinov konfransda çıxış edərək vurğulayıb ki, hazırda İsrail Dövləti ilə Azərbaycan arasında etimada əsaslanan dostluq, əməkdaşlıq və tərəfdaşlıq dünyanın çox ölkələri üçün həqiqi və ideal nümunədir.

Knessetin deputatı Andrey Kojinov deyib: “Ən çətin vaxtlarda bu ölkələr həmişə birlikdə olub, həmişə bir-birini dəstəkləyiblər. Bu sıx münasibətlərin əsas səbəblərindən biri insan amili – azərbaycanlılarla ta qədimdən Azərbaycan ərazisində yaşayan 25 minlik yəhudi icması arasında tarixi və sıx qardaşlıq, dostluq əlaqələridir. Bu gün ağır pandemiya dövründə İsrail və Azərbaycan bir-birinə kömək və dəstək göstərməkdə davam edirlər. Mən bilirəm ki, bu yaxınlarda İsrail Azərbaycana müəyyən tibbi avadanlıq göndərib. Bizdə də koronavirusa yoluxma səviyyəsi eyni vəziyyətdədir və məhz bu məsələdə bir-birimizə qarşılıqlı kömək göstərməyə borcluyuq”.

İsrail Knessetinin “İsrail bizim evimizdir” partiyasından olan deputatı Yevgeni Sova İsrail-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyəti məsələsi üzərində ətraflı dayanaraq bildirib ki, İsrail Azərbaycanı Cənubi Qafqazda özünün mühüm strateji müttəfiqi, regionda fəal geosiyasi aktor hesab edir.

Deputat Yevgeni Sova vurğulayıb: “Azərbaycan-İsrail strateji tərəfdaşlığının əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və İsrail tərəfdən məhz Aviqdor Liberman olduğunu desəm böyük sirr açmış olmaram. Məhz “İsrail bizim evimizdir” partiyasının liderinin xarici siyasət konsepsiyası sayəsində Azərbaycan İsrailin xarici siyasət strategiyasında postsovet məkanındakı adi bir ölkədən İsrailin strateji tərəfdaşına çevrilib.

Ölkələrimizin bu strateji tərəfdaşlığında əslən Azərbaycandan olanların İsraildəki böyük icması mühüm rol oynayır. Mənim dostum və qardaşım Arye Qut ilə tanışlığımız çoxillik tarixə malikdir. Arye Qut İsrail-Azərbaycan strateji tərəfdaşlığının və əməkdaşlığının əsl media-lobbisti və həqiqi dostluq səfiridir. Bu icmanın Azərbaycanın populyarlaşdırılmasında çox böyük rol oynamasını yaxşı bilirəm. Mən deyərdim ki, İsraildə Vətənə, mənşə ölkəsinə, onun tarixinə belə güclü bağlı olan Azərbaycan əsillilər icması kimi güclü olan başqa bir icma yoxdur. Bu icmanın nümayəndələrindən hər biri qürurla bəyan edir ki, Azərbaycanda heç vaxt antisemitizm faktları olmayıb”.

Milli Məclisin deputatı Ramin Məmmədov deyib: “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında münasibətlərin səviyyəsini xarakterizə edərək vurğulayıb: “Bizim əla münasibətlərimiz var”. Bu sözlər qarşılıqlı münasibətlərin bütün spektrlərinə aiddir. Ölkələrimiz arasında yaranmış strateji münasibətlər hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə və xarici siyasət kursuna müsbət təsir göstərir.

Ölkələrimiz arasında münasibətlər müəyyən mənada unikaldır: dünya birliyi bizim ölkələrin timsalında yəqin edib ki, əhalisinin əksəriyyəti İslam dininə etiqad bəsləyən ölkə ilə İsrail arasında möhkəm münasibətlər qurmaq mümkündür. Bizim münasibətlərimizin daha bir xüsusiyyəti diaspor təşkilatlarının çevik və səmərəli fəaliyyətidir. Yeri gəlmişkən, İsrail yeganə ölkədir ki, orada titul millətinin nümayəndələri özlərini Azərbaycan diasporunun fəalları hesab edirlər. Bu baxımdan “Azİz” təşkilatının yaradılması və sonrakı fəaliyyəti bu prosesdə həlledici rol oynayıb. Hər iki ölkənin rəsmi şəxsləri və biznes-elitası arasında əlaqələrin intensivliyi belə güman etməyə tam əsas verir ki, Azərbaycan ilə İsrail arasında münasibətlər bundan sonra da genişlənəcək və dərinləşəcək”.

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Anatoli Rafailov onlayn-konfransa yekun vuraraq deyib: “Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan ilə İsrail arasında dostluq bütün İslam dünyası üçün nümunədir və onu göstərir ki, yəhudi və müsəlman dövlətləri sülh və həmrəylik şəraitində yaşaya bilər. Dəfələrlə qeyd edildiyi kimi, bizim dostluğumuz strateji xarakter daşıyır. Bizim qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir və yüksələn xətt üzrə inkişafını davam etdirəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Ulu Öndərin doğum günü münasibətilə geni konsert proqramı hazırlanıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir  YENİLƏNİB

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik