İDMAN


Fransada “Criterium Du Dauphine” veloyürüşü davam edir

Bakı, 14 avqust, AZƏRTAC

Fransada “Criterium Du Dauphine” veloyürüşü davam edir. İştirakçılar yarışın ikinci mərhələsində 135 kilometr məsafə qət ediblər.

AZƏRTAC xəbər verir ki, sloveniyalı velosipedçi Primoj Roqliç finiş xəttini rəqiblərindən tez keçib.O, 3 saat 39 dəqiqə 40 saniyəlik nəticə göstərib. Fransa idmançısı Tibo Pino ikinci olub. O, finiş xəttini liderdən 8 saniyə gec keçib. İlk üçlüyü isə almaniyalı Emmanuel Buxman tamamlayıb. Mərhələnin qalibi olan P.Roqliç ümumi yarış cədvəlində liderliyi ələ keçirib.

Beş mərhələdən ibarət veloyürüşə avqustun 16-da yekun vurulacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.