REGİONLAR


Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur

Masallı, 24 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, regionlarda vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində yol infrastrukturunun yenilənməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ələt-Astara magistralının Masallı şəhərinin ərazisindən keçən hissəsində - Bakı prospektində uzunluğu 3,2 kilometr yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma və təmir işlərinə başlanıb.

Yenidənqurma işləri çərçivəsində prospekt boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, səkilər bərpa olunur, zəruri yerlərdə yeniləri ilə əvəzlənir. Yolda asfalt-beton örtüyünün üst qatının frezlənməsi işi başa çatdıqdan sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Prospekt zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.