DÜNYA


Avropa ölkələri arasında COVID-19-a yoluxma üzrə ən aşağı göstərici Estoniyada qeydə alınıb

Tallin, 29 oktyabr, AZƏRTAC

Avropanın “Helsingin Sanomat” qəzeti tərəfindən yayımlanan müqayisəli rəqəmlərə əsasən, hazırda koronavirus infeksiyasının yayılması üzrə ən aşağı temp Estoniya, Norveç, Finlandiya, Serbiya və Kosovoda müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, Avropada COVID-19-a yoluxma üzrə ən yüksək göstəricilər Vatikan, Andorra, Belçika və Çexiyada müşahidə olunur.

Bu ölkələrdə son iki həftə ərzində 100 min nəfər əhalinin payına orta hesabla 1316-1888 yoluxma halı düşür.

Estoniya ilə qonşu olan ölkələrdə ümumi yoluxma göstəricisi Finlandiyada 51,4, Latviyada 106,5, İsveçdə 120,2, Rusiyada 145,2 və Litvada 149,2 hal təşkil edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.