SİYASƏT


Ukrayna KİV-ləri Azərbaycan Ordusunun Laçın rayonuna daxil olmasına dair xəbərlərə geniş yer ayırıb

Kiyev, 2 dekabr, AZƏRTAC

Ukrayna mətbuatı Azərbaycanın Laçın rayonunun işğaldan azad olunmasına dair xəbərlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, “Gordon”, “Dialog.ua”, “Podrobnosti.ua” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələri kalonunun Laçın rayonuna daxil olması barədə məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Ukrayna mətbuatında Azərbaycan hərbçilərinin Laçında Dövlət Bayrağımızı sancması videosu da yayılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.