İQTİSADİYYAT


ASCO gəmilərinin ötən il üzrə auditinin nəticələri müzakirə olunub

Bakı, 26 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanması və Xəzər Dəniz Neft Donanmasının gəmilərinin 2020-ci il üzrə auditinin nəticələrinə dair onlayn iclas keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, müstəqil auditor Bəylər Ağayevin apardığı audit hesabatında ASCO gəmilərində sənədləşmə, heyətin hazırlığı, təlimlərin təşkili, yüklərin daşınması və qorunması, yanğından mühafizə avadanlıqlarının, xilasedici vasitələrinin texniki vəziyyəti kimi məsələlərə dair qeydə alınan nöqsanlar əksini tapıb.

B.Ağayev bildirib ki, auditin məqsəd gəmilərin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun istismarına nail olmaqdır. Məhz bu audit nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələlərində müsbət nəticələrə gətirib çıxarır.

İclasda ASCO-nun sədri Rauf Vəliyev çıxış edərək gəmilərdə beynəlxalq standartlara uyğun auditin keçirilməsinin vacibliyini qeyd edib. O, ASCO gəmilərinin texniki vəziyyətinin yaxşılaşdırılması, gəmi heyət üzvlərinin müvafiq konvensiyalarının tələblərinə uyğun iş və istirahət yerləri ilə təmin edilməsi, həmçinin digər mövcud problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti qurumların nümayəndələrinə tapşırıqlarını verib.

Donanmaların əməkdaşları hesabatda yer alan nöqsanların əksəriyyətinin artıq aradan qaldırıldığını, digər qüsurların həlli istiqamətində tədbirlərin davam etdiyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.