DÜNYA


Gürcüstanda yanacaq bahalaşıb

Tbilisi, 12 may, AZƏRTAC

Gürcüstanda avtomobil yanacağı, benzinin qiyməti kəskin bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın yanacaqdoldurma məntəqələrində indi “Super” markalı benzinin bir litri 3.05 lariyə (1,50 manat) satılır.

Qeyd edək ki, bu ölkənin yanacaq bazarında son 10 ilin ən yüksək göstəricisidir.

Ekspertlər yanacağın kəskin bahalaşmasını milli valyuta GEL-in ucuzlaşması ilə əlaqələndirirlər.

İqtisadçı ekspertlər aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağını bildirilər.

Hazırda Gürcüstanda benzinin ən aşağı qiyməti bir litr üçün 2,83 lari (1,40 manat) təşkil edir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.