ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub

Bakı, 18 iyun, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezidenti Administrasiyasının yanında İnsan Resursları Ofisinin müdiri Salim Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkəmizin ali təhsil müəssisələrində fəaliyyət göstərən karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə müzakirə olunan məsələ Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunda öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.