REGİONLAR


“Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti mühazirələr təşkil olunub

Gəncə, 26 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin beşinci günündə iştirakçılar üçün növbəti mühazirələr təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk mühazirəni tələbələrə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev söyləyib. O, işğaldan azad olunan ərazilərdə həyata keçirilən “ağıllı kənd” layihəsi haqqında iştirakçılara məlumat verib. Bildirib ki, ilk mərhələdə Zəngilan rayonu Ağalı kəndində həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edəcək. “Ağıllı kənd” layihəsi gələcəkdə onun regionun digər ərazilərində də uğurla tətbiq edilməsinə zəmin yaradacaq.

Proqram çərçivəsində növbəti mühazirə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə tərəfindən söylənilib. “Aqrar sahədə klaster yanaşması” mövzusu ilə çıxış edən qonaq bildirib ki, aqroparklar, aqrobiznes inkubatorları və startaplar şəbəkəsi aqrar sahədə klaster yanaşmasını tətbiq etmək imkanlarını artırır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.